Salam, xoş gəlmisiniz.

UEFA: "Çempionluqla bağlı qərarı yerli federasiyalar verə bilər"

2020-03-16 23:20:00

UEFA:

Koronavirus infeksiyasının yayılması səbəbindən təxirə salınan milli çempionatların taleyi qeyri-müəyyən olaraq qalır.

UEFA Avropa ölkələrində çempionatla bağlı yaydığı açıqlamada birinciliklərdə liderlərin çempion elan edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Qitə futbol qurumundan bununla bağlı qərarın yerli federasiyalar tərəfindən veriləcəyi vurğulanıb: "UEFA-nın çempionu təyin etmək hüququ yoxdur. Buna yalnız yerli federasiyalar qərar verə bilər. Biz bu məsələ ilə bağlı heç nə edə bilmərik".

Qeyd edək ki, sabah UEFA-nın üzv federasiyalarla videomüşavirəsi keçiriləcək və həm çempionatlar, həm avrokuboklar, həm də AVRO-2020-nin taleyi müzakirə olunacaq. \\Apasport.az 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93