Ukraynada karantin MÜDDƏTİ UZADILDI

20 May, 2020, 23:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ukraynanın Nazirlər Kabineti COVID-19 pandemiyası ilə əlaqədar ölkədə karantin müddətini iyunun 22-nə qədər uzadıb.

Ukrayna Səhiyyə naziri Maksim Stepanov bildirib ki, karantinin müddəti regionlarda yoluxmanın səviyyəsi nəzərə alınaraq uzadılıb.

TASS agentliyi xəbər verir ki, may ayının 22-dən etibarən Ukraynada şəhər və şəhərətrafı ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir, hotellər qonaqları qəbul etməyə başlayır. Bundan əlavə, tamaşaçıların iştirakı istisna olmaqla idman tədbirlərinin keçirilməsinə icazə verilir.

Metro və uşaq bağçalarının açılması may ayının 25-dək təxirə salınıb.\\Oxu.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93