Ukraynada koronavirusdan ölənlərin sayı 2 minə yaxınlaşıb

4

Ukraynada son sutkada 1433 nəfər koronavirusa yoluxub, 19-u isə həyatını itirib.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ən çox yoluxma Kiyev və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 84 min 548 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1970 nəfərdir, 45 min 686 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.