Salam, xoş gəlmisiniz.

“Ulduz” metrostansiyasında intihar – 23 yaşlı gənc özünü qatarın altına atdı

2018-01-09 10:09:22

“Ulduz” metrostansiyasında intihar – 23 yaşlı gənc özünü qatarın altına atdı

Bakıda özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib.

Hurriyyet.org xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nəsimi Paşayev apa-ya bildirib ki, bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

***

Bakı metrosunda intihar hadisəsi baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, hadisə 22:10 radələrində “Ulduz” metro stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında kişi özünü “H.Aslanov” metrostansiyasından “İçəri Şəhər”ə gedən, 15 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

Ölən şəxsin meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub. N.Paşayev bildirib ki, kişinin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb. Hazırda intihar edənin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru