Salam, xoş gəlmisiniz.

Müəllimin bıçaqlanma xəbəri ilə bağlı universitetdən AÇIQLAMA

2017-10-11 18:43:40

Müəllimin bıçaqlanma xəbəri ilə bağlı universitetdən AÇIQLAMA

Azərbaycan Dövlət Aqrar Universiteti mətbuatda yayılan bıçaqlanma xəbəri ilə bağlı məlumat yayıb.

Hurriyyet.org bildirir ki, məlumatda deyilir:

“Bir neçə saat əvvəl Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı saytlarda əsası olmayan və ya dəqiqləşdirilməyən xəbər yayılıb. Yayılan xəbərdə bildirilib ki, Universitetin Sənan adlı müəllimi kabinetində bıçaqlanıb.

ADAU-nun mətbuat xidməti bildirir ki, universitetdə Sənan adlı müəllim işləmir və yayılan xəbərin təhsil müəssisəsi ilə heç bir əlaqəsi yoxdur. Bir daha bildirilir ki, universitetin Sənan adlı müəllim yoxdur və burada bıçaqlanma hadisəsi baş verməyib“.

***

Gəncə şəhərində müəllim bıçaqlanıb.
Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimi olduğu bildirilən Sənan adlı şəxs kabinetində bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru