Universitetlərdə tədris ili uzadılacaq? – NAZİRDƏN AÇIQLAMA

7

“Azərbaycanda təhsil alan 176 min tələbənin 75 faizi onlayn tədrisə qoşulub”.

Hurriyyet.org xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, universitetlərdə bu tədris ilinin uzadılması nəzərdə tutulmur: “Hərbi çağırış dövrü nəzərə alınanaraq oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulur. Yay imtahan sessiyası iyun – iyul aylarında keçirilməsi planlaşdırılır”.