“Unutmayın, Türkiyə F-35-lərin polad gövdəsini istehsal edir” – TRAMP

8 Oktyabr, 2019, 15:34
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 13 noyabr tarixində ABŞ-a səfər edəcək. Bu xəbəri ABŞ prezidenti Donald Tramp öz “Tvitter” səhifəsində paylaşıb.

Tramp: “Türkiyə F-35-lərin polad gövdəsini hazırlayır”

Tramp bildirib: “Bir çoxları Türkiyənin ABŞ-ın böyük bir ticarət ortağı olduğunu unudurlar. Türkiyə F-35 təyyarələrinin polad gövdəsini hazırlayır. Eyni zamanda İdlibdə çox sayda həyatın xilas edilməsinə yardım etdilər”.

Donald Tramp amerikalı rahib Endrü Bransonun da evinə sağ-slamat qayıtdığını yada salaraq deyib: “Eyni zamanda xatırlayın, daha da mühüm olanı Türkiyə NATO-nun etibarlı mühüm bir üzvüdür. O, (Ərdoğan) 13 noyabrda qonağım olaraq ABŞ-a gəlir”.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93