Vətən torpağında “qürbət”çiliyə son qoyaq

12

Xalqımızın bir milyondan çox sayı olan məcburi köçkünlər və qaçqınlar ötən 30 ildə özlərini doğma torpaqlarından, əcadlarının ruhunun yaşadığı məkanlardan uzaq qaldıqları üçün, daim hansısa “qürbət”də olduğu kimi hiss ediblər. Bu gün ölkəmizin 30 ildir Ermənistanın işğalçı silahlı quldur dəstələrindən azad edilməsi mərhələsinin başlanması və milli iradənin bu istiqamətdə ən yüksək səviyyədə cəmiyyət tərəfindən dəstəklənməsi yeni mərhlənin başlanğıcı kimi dəyərləndirilir. Artıq məcburi köçkünlər və ya qaçqınlar hər ötən günə, hər açılan sabaha böyük ümidlərlə baxırlar. Çünki, işğal altında olan yurd yerlərinin müzəffər Milli Ordumuz tərəfindən azad edilməsi onlarda tunelin sonunda görünənişıq qədər həyəcan yaratmışdır. Fikrimizcə, şanlı tariximizin son 200 ilində ilk dəfədir ki, Azərbaycan xalqı bu qədər milli birlik nümayiş etdirir. Faktiki olaraq, dövlət və millət eyni çəkiclə hədəfə zərbə vurur. Milli birliyimizin təməl prinsipi olan bu müqəddəs anlam Azərbaycanın ərazi bütövlüyünün simvolu kimi qiymətləndirilir.

Vətəndaş cəmiyyəti ən adi insanların sayəsində güclüdür

“Hürriyyət” qəzetinin repertyor qrupu olaraq, cəbhə bölgəsinə yaxın olan bölgələrdə insanlığı heyrət içində qoyan qeyri-adi olayların şahidi olduq. Belə ki, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonları ərazisindən keçəndə bomboş yollarda günün və ya yağmurun altında minbir əziyyətlə əkib-becərdikləri məhsulları satan sadə insanlar əsgərlərimizi cəbhə bölgəsinə daşıyan hərbi maşınları görən kimi, dərhal onların qarşısını kəsir və onlara qarpız, yemiş, yeşiklərlə dolu müxtəlif meyvələr pulsuz olaraq verirdilər. Yol kənarında bir çox yerlərdə döyüşə gedən əsglər və zabitlərilərimizi duhlandırmaq üçün hətta qurban kəsib kabab bişirərək onları doyunca yeməyə qonaq edənlərin sayı da az deyildi. Sən demə, vətəndaş cəmiyyəti sadəcə hansısa QHT-nin, qurumun və ya siyasi partiyanın varlığı ilə ölçülmürmüş. Əsil vətəndaş cəmiyyəti elə sadə insan topluluğu imiş. Bu sadə kəndli insanlar bəlkə də dünyanın ən humanist, alovlu yurdsevərləridir desək, heç də yanılmarıq. Onlar əsil cəmiyyətin nə olduğunu hər kəsə təmənna güdmədən səmimi şəkildə isbat etdilər. Yolumuz Füzuli rayonunun kəndlərinə çatanda isə, möcüzəli hadisələrlə üzləşdik. Belə ki, yerli sakinlər və bölgəyə gəlmiş, adlarının heç yerdə hallanmasını istəməyən işadamları çoxlu ərzaq, alt geyimlər, tütün məmulatları və sairləri gətirərək əsgərlərimizə pulsuz olaraq dağıdırdılar. Yol boyu rastlaşdığımız bu mənzərə təbii olaraq içimizdə qürur hissinin daha da güclənməsinə səbəb oldu. Ona görə ki, heç bir elmi ədəbiyyatda yazılmayan vətəndaş cəmiyyəti anlayışının şahidi idik. Cəbhəyə yaxın bölgələrdə isə, əsgərlərə hər bir ailə səxavətlə evini qonaq kimi dəvət etdiklərinin də şahidi olduq. Onu da öyrəndik ki, hərbçilərimizin heç bir şeyə ehtiyacı yoxdur. Dövlət səviyyəsində onlar hər şeylə təmin olunurlar. Sadəcə xalqımız öz səxavətini göstərmək üçün bu addımı atır. Ona görə ki, səgərlərimiz bu dəfə sözün əsil mənasında 30 illik həsrətə son qoymaq üçün döyüşürlər. Hər ötən gün isə, onların şanlı qələbələrinin canlı şahidi oluruq. Məcburi köçkünlər və qaçqınlar bizə onu da dedilər ki, hər gün cəbhədə döyüşən əsgələrimiz üçün dua edirlər. Daha böyük qələbələr əldə etməsini uca Tanrıdan diləyirlər.

Döyüş bölgəsinə can atanlar

Bakıdan yola çıxdığımızda yol boyu cəbhə bölgəsinə gedən maşınların sıxlığını ilk dəfə idi ki, görürdük. Sən demə, döyüş bölgələrində əldə olunan qələbələrdən ürək dolusu sevinən soydaşlarımız 30 illik məcburi köçkün və ya qaçqın adının üstündən götürülməsi üçün doğma torpaqları görməyə tələsirmişlər. Onlar əcdadlarının evini, yurdunu və gömüldükləri torpaqları görmək üçün tələsirdilər. Axı çoxları o torpaqlrda dünyaya gəliblər və uşaqlıq illəri o torpaqlarda keçib. Torpaq həsrəti ilə yanaşı doğma yurda dönməklə bundan sonra Tanrının onlara verdiyi ömrü elə orada yaşamaqda israrlı olduqlarını bildirirdilər. Füzulidə yerli sakinlərdən əlavə, hərbçilərlə yanaşı, müxtəlif bölgələrdən gələn məcburi köçkünlər və qaçqınların sayı da xeyli dərəcədə çox idi. Onlara bir-bir yaxınlaşıb bölgəyə nədən gəldiklərini soruşduq. Hamısı bir ağızdan: “Kəndimiz işğaldan azad olub və onu görməyə gəlmişik” deyə cavab verirdilər. Hər kəsin gözü-qulağı televizorda və cəbhə bölgəsindən ən yeni xəbərləri dinləməyə yönəlmişdi. Onlar həm də ölkə prezidentinin “Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına əsla izin verməyəcəyik” sözünü daha çox coşqularla qarşılayırdılar. Deməli, insanlar Milli Ordumuzun müzəffər qələbələrindən sonra, düşmənlə qonşuluq şəraitində yaşamayacaqlar. Torpaqları uğrunda döyüşən əsgərlərin sayəsində rahat yaşaya biləcəklər. Cəbhə bölgəsinə gələn soydaşlarımız eyni zamanda başqa bölgələrdə məskunlaşmış yaxınları ilə davamlı şəkildə əlaqə saxlayıb, hər şeyin Milli Ordumuzun tam nəzarətində olması faktını spyləməkdən qürur hissi keçirirdilər.
Əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan Firudin Məmmədvəliyev isə bildirdi ki, kəndlərinin işğaldan azad olmasına görə Milli Ordumuza sonsuz təşəkkürlər etmək üçün cəbhə bölgəsinə gəlib. 27 ildir doğma kəndin həsrəti ilə yaşayıb. Orada əcdadlarının məzarları var və onları görmək, ziyarət etmək istəyir. Firudin bəy onu da dedi ki, xalqın və dövlətin bu qədər coşqulu səviyyədə birliyinin ilk dəfədir şahidi olur. Tarix kitablarında ancaq başqa xalqların taleyində bu faktlara rast gəlibdir. Budur, həmin hissləri indi də Azərbaycan xalqı yaşayır.

Yurd həsrətinə son qoyan Orduya minnətdarlıq

Demək olar ki, Bakıya geri döndüyümüzdə yol boyu qəsdən çayxanalarda lövbər salıb bir stəkan çay içmək bəhanəsi ilə, müxtəlif bölgələrdə insanların əhval-ruhiyyəsini pyrənməyə çalışırdıq. Demək olar ki, mənzərə hər yerdə eyni idi. Hamı Qarabağdan danışır, ermənilərin xəyanətinə görə nifrətlərinin daha da artdığını söyləyirdi. Azərbaycanın Milli Ordusuna olan inamlarının qat-qat artdığını deyirdilər. Əsil doğru xəbərlərin ancaq Azərbaycanın KİV-də verildiyinə görə onlara təşəkkür etdiklərini deyirdilər. Rusiyanın TV kanallarına baxıb daha da əsəbiləşdiklərini heç nədən çəkinmədən söyləyirdilər. Türkiyənin milli iradəsini isə ən yüksək səviyyədə qiymətləndirdiklərini deyirdilər. Türkiyənin Qarabağımızın azad edilməsi yönündə
Azərbaycanın apardığı mübarizənin yanında qətiyyətlə durmasından məmunun qaldıqlarını bildirirdilər.
Hacıqabul sakini və ixtisasca aqronom olan və bu gün çayxana işlədən Mübariz Talıbov fikirlərini bizimlə belə bölüşdü: “Mən ali təhsil alsam da, tale elə gətirdi ki, gördüyünüz bu balaca çayxananı işlədirəm. Kasıb dolansam da, bu gün özümü dünyanın ən zəngin insanı olaraq hiss edirəm. Torpaqlarımız qayıdır. Qarabağlı deyiləm. Ancaq, hamımıızn bir vətəni var, o da Azərbaycandır. Vətənə vahid orqanizm kimi baxmaq gərəkdir. Bu gün yaralı Azərbaycanın dərdlərinə məlhəm qoyulur. Milli Ordumuza mənim kimi minlərlə isanlar minnətdarlığını bildirir. Oğlum könüllü olaraq döyüşə getdi. Sağ-salamat qayıtsa da, qayıtmasa da, bircə qürur yerim odur ki, bizim ailəmiz bu müqəddəs savaşda iştirak edir. Vətən torpaqlarını 30 illik işğaldan ən qısa zamanda azad etmək hərb tarixi üçün əsil möcüzədir. Bax, Azərbaycan başda prezidenti olmaqla bir dövlət kimi bu möcüzəni dünyaya göstərir.

Sosioloqlar heyrət içində

Əksər daxili və xarici sosioloqlar Azərbaycan dövlətinin 13 gün ərzində düşmənin 30 ildir işğal etdiyi ərazilərimizin azad edilməsi faktına heyrətlə yanaşırlar. Ona görə ki, mürəkkəb coğrafi şəraitə malik olan Qarabağ və onun ətraf bölgələrində döyüşlər apararaq böyük uğurlara imza atması heyrətdoğurucu bir hadisədir. Sosioloqları başqa bir məsələ də heyrət içində saxlayır. Bu, 50 siyasi partiyanın, minlərlə QHT-in və bütövlükdə cəmiyyətin dövlətin və onun rəhbərliyinin yanında yer alması faktıdır. Ən adi insanların, yeddidən yetmişə qədər vətəndaşların könüllü olaraq savaşa getməkdə israrlı olması, döyüş bölgəsinə yaxın olan ərazilərin düşmən tərəfindən intensiv atəşə tutulmasına baxmayaraq, isanların bütün bunlardanqorxmaması da bu heyrətə səbəb olan sirlərdən biridir. Deməli Azərbaycan xalqının döyüş əzmi, qüruru və milli iradəsini kimsə sındıra bilməyib. Tərtər, Bərdə, Goranboy, Ağdam, Füzuli, Ağcabədi, Gəncə və Mİngəçevirin mütəmadi şəkildə Ermənistanın işğalçı qüvvələri tərəfindən bombalanması belə, xalqımızın döyüş ruhunu sındıra bilməyib. Deməli belə bir şəraitdə xalqımız istənilən qələbəni təmin etmək bacarığını nümayiş etdirə bilər.
Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Ramiz Vəliyev şəhərdə baş vermiş hadisələrlə bağlı bizə bunları söylədi: “Gəncənin bir neçə dəfə Ermənistan tərəfindən bombalanması hadisəsi şəhər sakinlərini qorxutmadı. Gəncə hər zaman olduğu kimi dimdik ayaq üstə dayandı. Hətta daha mətnli və iradəli olmağı təbliğata çevirdi. Biz çox sevinirik ki, işğal altında olan Murov dağ zirvəsi şanlı ordumuzun tam nəzarətindədir. Bu, o deməkdir ki, Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan qovulmasının 50 faiz qələbəsini təmin etmişik. Kəlbəcərin yenidən qaytarılması işi artıq Dağlıq Qarabağa və ətraf bölgələrə nəzarət deməkdir. Məni ən çox sevindirən məcburi köçkünlər və qaçqınların daha bu adla tanınmasını istəməmələridir. Onlar öz doğma torpaqlarına ən qısa zamanda dönmək üçün hazırlıqlar görürlər. Bəziləri hətta toy-düyününü də yurdlarına qayıdan kimi etmək əhdini kəsiblər. Bir sözlə hamı Milli Ordumuzun şanlı qələbələrini toy-bayram edir.

“Hürriyyət”