Vətəndaş cəmiyyətinin qabaqcıl təcrübələri və Avropa Konvensiyası – LAYİHƏ

1

I Yazı

Müasir demokratiyaları narahat edən əsas məsələlərdən biri də vətəndaşların siyasi proseslərdən kənarda qalmasıdır. Bu kontekstdə vətəndaş cəmiyyəti demokratik prosesin vacib bir elementini təşkil edir. Vətəndaş cəmiyyəti vətəndaşlar üçün qərarların qəbul edilməsi prosesində fərqli baxışların istiqamətləndirilməsinin və müxtəlif maraqların təmin edilməsinin, siyasi partiyalar və lobbilərlə yanaşı, alternativ yoludur. Avropa Şurası Nazirlər Komitəsi 2007-ci ilin oktyabr ayında qəbul etdiyi 14 saylı Tövsiyəsində “QHT-lərin demokratiyanın və insan hüquqlarının inkişafı və həyata keçirilməsi baxımından, o cümlədən ictimai maarifləndirmə, ictimai həyatda iştirakçılığın təşviqi və dövlət orqanlarının şəffaflığının və hesabatlılığının təmin edilməsi yolu ilə əhəmiyyətli rol oynadığını” tanımışdır. 2007-ci il tarixində İsveçdə keçirilmiş Avropa Şurasının Demokratiyanın Gələcəyinə dair Forumunun iştirakçıları qərarların qəbul edilməsi proseslərində QHT-lərin iştirakı və vətəndaş cəmiyyətinin ictimai siyasi işlərə cəlb olunması mexanizmləri kimi məsələləri əhatə edən Vətəndaş İştirakçılığı üzrə Qabaqcıl Təcrübə Kodeksinin hazırlanması üçün Avropa Şurası İNGO Konfransını çağırmışdır. Beləliklə də, İNGO Konfransı Qərarların Qəbul Edilməsi Prosesində Vətəndaş İştirakçılığı üzrə Qabaqcıl Təcrübə Kodeksinin layihəsini hazırlamaq işini öz üzərinə götürmək üçün yaradılmışdır. Bu sənəd vətəndaş iştirakçılığının artırılmasının əsaslarını, çərçivəsini və yollarını müəyyən edir.

QHT-lər vətəndaş cəmiyyətinin ayrılmaz hissəsidir

QHT-lər və hakimiyyət orqanları arasında dialoq və əməkdaşlıq üzrə konkret praktiki nümunələrə əsaslanan təlimatlar verir. Sənədin əsas məqsədi QHT-lər və dövlət orqanlarının qarşılıqlı fəaliyyətini asanlaşdırmaqdan və vətəndaşların yerli, regional və milli səviyyələrdə demokratik prosesdə iştirak etmək imkanları və iştirakçılığının genişləndirilməsindən ibarətdir. Həm Yerli və Regional Hakimiyyətlər Konqresi, həm də Avropa Şurası Parlament Assambleyası Qabaqcıl Təcrübə Kodeksinin qəbul edilməsini yaxşı qarşılamışdır. Konqres kodeksin təşviqinə töhfə verməyə və öz işində tətbiq etməyə hazır olduğunu bildirmiş, Parlament Assambleyası da öz növbəsində bu cür elektron alətlərin iştirakçılıq baxımından xüsusi vacibliyini vurğulamışdır. Bu sənəd siyasi nəticələri də olmalıdır və olacaqdır. Belə ki, sənəd demokratik idarəetmədə müasir üsullardan istifadə edilməsi və eyni zamanda, vətəndaşların ictimai həyatda iştirakçılığının dərinləşdirilməsi baxımından yerli, regional və milli hakimiyyət orqanlarının vətəndaş cəmiyyəti ilə məsləhətləşməsinə və əməkdaşlığının mövcud vəziyyətinə təsir edir və dəstək deməkdir. Vətəndaş İştirakçılığı üzrə bu Qabaqcıl Təcrübə Kodeksinin əsas məqsədi siyasi qərarların qəbul edilməsi prosesində vətəndaş iştirakçılığı ilə bağlı Avropa səviyyəsində ümumi prinsipləri, təlimatları, vasitələri və mexanizmləri müəyyən etməklə Avropa Şurasına üzv Dövlətlərdə QHT-lər üçün əlverişli mühitin yaradılmasına töhfə verməkdən ibarətdir. Qabaqcıl Təcrübə Kodeksinin daha bir məqsədi də yerli və beynəlxalq səviyyələrdə olan QHT-lərin parlamentlər, hökumətlər və dövlət orqanları ilə dialoqa girə bilməsi üçün münasib və səmərəli bir alət olmaqdan ibarətdir. Bu baxımdan bütün Avropa üzrə həm QHT-lər, həm də dövlət orqanları üçün faydalı interaktiv və praktiki bir alət olmaq məqsədi güdülür. Qabaqcıl Təcrübə Kodeksinin tətbiq edilməsinə dəstək verilməsinin bir yolu kimi kazuslardan ibarət bir toplu və əlavə olaraq praktiki vasitələr toplusu da olacaqdır. Qabaqcıl Təcrübə Kodeksi Avropa Şurasına üzv Dövlətlərdə və Belarusda mövcud olan milli QHT-lər, o cümlədən regional və yerli təşkilatlar, həmçinin Avropa və beynəlxalq səviyyəli təşkilatlar üçün nəzərdə tutulmuşdur. Sənəd həmçinin parlament, hökumət və yerli, regional və milli əhəmiyyətli inzibati orqanlar da daxil olmaqla dövlət orqanları üçün hazırlanmışdır. Bu mənada Qabaqcıl Təcrübə Kodeksinin hədəfi çox geniş olsa da, sənədin elə bölmələri var ki, onlar dövlət administrasiyasının bütün səviyyələrində istifadə oluna bilər.

Vətəndaş cəmiyyətinin parametrləri

QHT-lər və təşkilatlanmış vətəndaş cəmiyyəti demokratiyanın və insan hüquqlarının inkişafı və həyata keçirilməsi baxımından əhəmiyyətli rol oynayır. Avropa Nazirlər Komitəsinin 14 saylı Tövsiyəsində Avropa Şurası tərəfindən QHT-yə anlayış verilir və qeyd olunur ki, “QHTlər təsisçilərinin və ya üzvlərinin əsasən gəlir əldə etməkdən ibarət olmayan məqsədlərinə nail olmaq üçün təsis olunmuş könüllü özünüidarə orqanları və ya təşkilatlardır.” Vətəndaş İştirakçılığı üzrə bu Qabaqcıl Təcrübə Kodeksi baxımından isə bu anlayış təşkilatlanmış vətəndaş cəmiyyətinə, o cümlədən könüllülərdən ibarət qruplara, qeyri-kommersiya təşkilatlarına, assosiasiyalara, fondlara, xeyriyyə təşkilatlarına, həmçinin coğrafi əsaslarla və ya ortaq mənafələr əsasında yaradılmış icma və müdafiə qruplarına şamil edilir. QHT-lərin fəaliyyəti sosial ədalət, insan hüquqları və demokratiya kimi dəyərlərə əsaslanır. Bu sahələr üzrə QHT-lərin məqsədi həmin dəyərlərin təbliğindən və insanların həyatının yaxşılaşdırılmasından ibarətdir. QHT-lər insanları cəlb etməklə açıq, demokratik cəmiyyətdə iştirakçılığın vacib bir komponentini təşkil edir. Bu insanlardan xeylisinin həm də seçici olması o deməkdir ki, QHT-lər nümayəndəli demokratiya üçün də tamamlayıcı əhəmiyyətə malikdir. QHT-lər qərarların qəbul edilməsi prosesi üçün bilik və müstəqil peşəkarların cəlb edilməsi faydalı ola bilər ki, bu da siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yerli, regional və milli səviyyələrdə bütün hakimiyyət orqanlarının, həmçinin beynəlxalq təsisatların köməklik üçün QHT-lərin təcrübə və potensialına müraciət etməsinə gətirib çıxarmışdır. Cəmiyyət onları narahat edən məsələlərin qaldırılması, onların maraqlarının təmsil olunması və onların məsələlərin həllinə cəlb olunması ilə bağlı QHT-lərə güvənirlər ki, bu da siyasətin formalaşdırılmasına olduqca əhəmiyyətli töhfə verir.

Vətəndaş iştirakçılığının prinsipləri

Konstruktiv münasibətlərin gücləndirilməsi üçün, QHT-lər və müxtəlif səviyyələrdən olan dövlət orqanları bu prinsiplər əsasında fəaliyyət göstərməlidir. İştirak QHT-lər öz üzvlərinin və vətəndaşların fikirlərini toplayır və yönləndirir. Bu, qərarların qəbul edilməsi prosesi, təşəbbüslərin keyfiyyətinin daha uzun müddətli tətbiqinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu prinsip üçün ön şərt odur ki, proseslər iştirak etmək üçün açıq və əlçatandır və iştirakçılığın razılaşdırılmış parametrlərinə əsaslanır. Demokratik cəmiyyət subyektlər və sektorlar arasında dürüst qarşılıqlı fəaliyyətə əsaslanır. QHT-lərin və dövlət orqanlarının oynadıqları rolların fərqli olmasına baxmayaraq, insanların həyatının yaxşılaşdırılması kimi ortaq məqsədə yalnız etimad, yəni şəffaflıq, hörmət və qarşılıqlı etibar əsasında nail olmaq olar. Hesabatlılıq və şəffaflıq İctimai mənafe naminə fəaliyyət göstərmək QHT-lərdən, həm də dövlət orqanlarından bütün mərhələlərdə şəffaf şəkildə açıqlıq, cavabdehlik, aydınlıq və hesabatlılıq tələb edir. QHT-lər öz məqsədləri, qərarları və fəaliyyətləri baxımından azad və müstəqil qurumlar kimi tanınmalıdır. Onların müstəqil şəkildə fəaliyyət göstərmək və ziddiyyət olmadığı halda əməkdaşlıq edə biləcəkləri dövlət orqanlarının mövqelərindən fərqli mövqedə olmaq və həmin mövqeləri müdafiə etmək hüququ vardır.

Vətəndaş İştirakçılığının Şərtləri

Assosiasiyaların fəaliyyətinə imkan verən şərtlər sənədlərlə müəyyən olunur. İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasına (AİHK) və Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququna uyğun olaraq, Vətəndaş İştirakçılığının şərtləri üçün ifadə azadlığının (AİHK-nın 10-cu Maddəsi) və toplaşmaq və birləşmək azadlığının olması tələb olunur. Siyasi qərarların qəbul edilməsi prosesində heç bir ayrı-seçkilik olmadan QHT-lərin əhəmiyyətli təhfələrinin də öz əksini tapmasını təmin etmək üçün, əlverişli mühitin olması tələb olunur. Bu cür əlverişli mühitə isə hüququn aliliyi, fundamental demokratik prinsiplərə əməl olunması, siyasi iradə, əlverişli qanunvericilik, aydın və dəqiq prosedurlar, dayanıqlı vətəndaş cəmiyyəti üçün uzunmüddətli dəstək və resurslar və ümumi dialoq və əməkdaşlıq sahələrinin olmasından ibarətdir. Bu şərtlər demokratiya uğrunda QHT-lər və dövlət orqanları arasında qarşılıqlı etimad və anlaşmaya əsaslanan konstruktiv münasibətlərin yaranmasına imkan verir.

İştirakçılığın həyata keçirilməsi

Vətəndaş İştirakçılığı üzrə bu Qabaqcıl Təcrübə Kodeksinin prinsipial siyasi məqsədinə cavab vermək, həmçinin QHT-lərin siyasi qərarların qəbul edilməsi prosesində iştirakı baxımından sənədin onlar üçün münasib və praktiki olaraq tətbiq edilə bilən olmasını təmin etmək üçün bu bölmədə vətəndaş cəmiyyətinin necə iştirak edə bilməsi göstərilir. Bu prosesdə bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli olan iki ölçü var. Birincisi, sənədin IV.i bəndində təsvir olunan və QHT-lərlə dövlət orqanları arasında sadə məlumat mübadiləsindən başlayaraq məsləhətləşmə, dialoq və tərəfdaşlığadək olan və iştirakçılığın intensivliyinin artdığı qaydada təsnif olunan iştirakçılıq səviyyələridir. İkincisi isə, siyasi qərarların qəbul edilməsi prosesinin, sənədin IV.ii bəndində göstərilən mərhələləri, daha dəqiq desək, gündəliyin müəyyən olunmasından qərarların icrasına, monitorinqə və yenidən işlənməyə qədər dövlət orqanları tərəfindən atılan altı addımdır. Ayrıca bir bənd (IV.iii) də istənilən mərhələdə tətbiq oluna bilən və iştirakçılıq prosesinə hərtərəfli dəstək verən alətlərə həsr olunur. Daha sonra isə bu elementlər birləşdirilir və vətəndaş iştirakçılığı matrisi hazırlanır ki, bunun da səyəsində prosesin mahiyyəti daha aydın şəkildə təqdim olunur.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.