Vətəndaş: “İcra Hakimiyyəti deyir ki, Şamaxıda kişi yoxdur” – Rəsmi cavab verildi – VİDEO

26 İyun, 2020, 23:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Son günlər Şamaxı rayonunda dövlət qurumları ilə vətəndaşlar arasında yaranmış sağlam münasibətləri pozmaq üçün ayrı-ayrı internet resurslarında həqiqəti əks etdirməyən videomateriallar paylaşılır. Videomaterialda Xaliq Xudaverdiyev qardaşının şərlənərək tutulduğunu iddia edir”.

 

Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir.

 

Məlumatda qeyd olunur ki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilib, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

Məlumatda deyilir ki, Aslan Xudaverdiyev heç vaxt rayon icra hakimiyyəti başçısının qəbulunda olmayıb və hər hansı formatda heç bir mövzunu müzakirə etməyib.

 

“Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən cəmiyyətdə ayrıseçkiliyə, yerlibazlığa səbəb olan istənilən ifadə və davranış qətiyyətlə rədd edilir və yalnız bir prinsip – Azərbaycançılıq prinsipi üstün tutulur. Xaliq Xudaverdiyevin bu məzmunlu heç bir fakta söykənməyən və əsassız iddiaları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunacaq”. \\Pravda

 

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93