Vəziyyət nəzarətdən çıxacaq: “Bu, Tramp üçün son şansdır”/Şərh

0

ABŞ-ın yürütdüyü siyasət, hər yerdə qırğınlar törətməsi anti-patiya yaratmışdı. Əksəriyyət iddia edir ki, ABŞ-ın başqa ölkələr üzərində oynadığı oyunlar indi onun öz başına gəlir. Bəziləri bunu dini, bir çoxları sosial ədalət nöqteyi-nəzərindən belə deyir. ABŞ sözün həqiqi mənasında öz yaratdıqları beynəlxalq situasiyanın qurbanına çevrilir.

Hurriyyet.org bildirir ki, bu sözləri  Teleqraf.com-a hüquq elmləri professoru, politoloq Rüstəm Məmmədov deyib.

O, ABŞ-ın düşdüyü vəziyyətə təəcüblənmədiyini söyləyib.

Politoloqun fikrincə, böyük güclər həmişə bir-birinə qarşı olub: “Müəyyən qüvvələr ABŞ-a siyasətini qəbul edə, onun oyunlarını çeynəyə bilməyiblər. Ona görə də Yaxın Şərqdə, Avropada, Uzaq Şərqdə qarşıdurmalar yaşanıb”.

Rusiya ilə Çinin ABŞ-ın birbaşa düşməni olduğunu deyən Rüstəm Məmmədov qeyd edib ki, nümayişlərin arxasında konkret hansı dövlətlərin dayandığını söyləmək çətindir: “Hər iki ölkə ABŞ-ın düşdüyü vəziyyəti maraqla izləyir. ABŞ öz xalqı üçün yaratdığı cənnətdən istifadə edə bilmədi və etdiyi günahlar qabağına çıxıb”.

Politoloq hesab edir ki, ölkədə vəziyyət nəzarətdən çıxa bilər: “ABŞ çox dövlətlərin daxili işlərinə qarışdı, onları üz-üzə qoydu, döyüşdürdü, ağıl verməyə çalışdı. Özü ağıllı olmaya-olmaya ağıl öyrətməsi məntiqsiz görünür. Hesab edirəm ki, builki prezident seçkiləri Donald Trampın axırıncı seçkisidir. Bu oyunları ABŞ-ın başına Tramp gətirmədimi? Tramp prezident seçilməyəcək. Prezident postuna Bayden gələcək”.