Vahid Ələkbərovun ortağı koronavirusa yoluxub – 6,3 milyard dollar sərvəti var

2

Azərbaycan əsilli milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov ortağı və eyni zamanda da şirkətin vitse-prezidenti olan Leonid Fedun koronavirusa yoluxub.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Leonid Fedun bu ilin aprel ayında koronavirusla mübarizə üçün Vişnevski Cərrahiyyə İnstitutuna 10 milyon rubl (135 min dollar) bağışlayıb.
Məlumat üçün bildirək ki, 6,3 milyard dollar sərvəti olan Leonid Fedun Rusiyanın ən varlı 20-ci şəxsi hesab olunur. 64 yaşlı Leonid Fedun eyni zamanda Vahid Ələkbərovla birgə “Spartak” klubunun əsas sahiblərindən hesab olunur. “Spartak” klubunun səhimlərinin 36,7%-i Vahid Ələkbərova, 32,7%-i isə Leonid Feduna məxsusdur.