““Vaqner”in döyüşçüləri Belarusda terror aktları törətməyə hazırlaşıblar” – Dövlət katibi

1

“Belarusda saxlanılan Rusiyanın “Vaqner” qrupunun döyüşçüləri ölkədə terror aktları törətməyə hazırlaşıblar”.

Bu barədə Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov bildirib.

O qeyd edib ki, faktla bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, ötən gün Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın “Vaqner” özəl hərbi qrupunun üzvləridir./apa/