Vaxt daralır, məktəb hazırlığı nə zaman başlayacaq? – VİDEO

11

 

Qanunvericiliyə əsasən, Azərbaycanda yeni tədris ilinin başlamasına təxminən ay yarım vaxt qalsa da pandemiyaya görə hələ ki, bu sahədə qeyri-müəyyənlik yaranıb. Dərslər sentyabrın 15-də başlayacaqmı sualı bütün valideynləri düşündürür və onları əsas narahat edən məqam övladlarının məktəb hazırlığına nə zaman başlayacaqları ilə bağlıdır. Götürək elə məktəbli formasını. Bu ilə qədər əksər valideynlər 1 ay qabaqcadan məktəbli geyimini alırdısa, indi sərt karantin rejimi ilə əlaqədar satış mərkəzlərinin heç biri işləmir. Üstəlik bu geyimlərin əsas istehsalçısı sayılan Bakı Tikiş Evi də bu qeyri-müəyyənliklə bağlı yeni formalar tikmir.

Etibar Əzimov Baku.tv-yə açıqlamasında bildirdi ki, anbarlarda müəyyən miqdarda hazır məktəbli formaları mövcuddur. Parça da var. Əgər dərslərin başlaması barədə qərar bütün nüanslar nəzərə alınaraq verilərsə, məktəbli formalarını tikib çatdırmaq olar. Məktəbli ləvazimatlarının satışı ilə məşğul olan sahələrdə də oxşar vəziyyətdir.

“Ölkənin təhsil və tibb mütəxəssisləri ilə birlikdə məktəblərin yeni tədris ilində açılması müzakirə edilir. Təhsil Nazirliyi qarşısında bu tapşırıq artıq qoyulub”. Bu fikirləri isə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən operativ qərargahın iclasında bildirib.

Hər halda ötən illərdən yeni tədris ili öncəsi məktəbli alış-veriş mərkəzlərində necə ajiotaj yaşandığının şahidiyik. Hələ onda dərslərin sentyabr 15-də başlayacağı hər kəsə bəlli idi. İndi isə suallar çoxdur. Ümid edirik, hər kəsi maraqlandıran, narahat edən suallara tezliklə cavab tapılar.