Vəziyyət kəskinləşir – İran TƏHDİD ETDİ

13 May, 2020, 17:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali Donald Trampın İrana müharibə elan eləmək səlahiyyətinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinə veto qoyması ilə əlaqədar mövqeyini açıqlayıb. Cəlali deyib: “Tramp hərbi müdaxilə edərsə, İrandan sərt cavab alacaqdır”.

ABŞ prezidenti Donald Tramp 7 may tarixində İrana qarşı müharibə səlahiyyətlərini məhdudlaşdıran və Konqresin hər iki palatası tərəfindən təsdiq edilən qərar layihəsinə veto qoymuşdu.

Cəlali deyib: “Trampın bu qərara veto qoymasının iki məqsədi ola bilər. Birincisi, bu qərarı ABŞ-dakı siyasi partiyalar arasındakı anlaşılmazlıqlarla əlaqədar və yaxınlaşmaqda olan seçkilərdə zəfər qazanmasını təmin eləmək üçün verə bilər. İkincisi, ABŞ İranla hərbi toqquşmaya hazırlaşa bilər. Ümidvarıq ki, Trampın məqsədi ikincisi deyil, çünki İran hərbi müdaxiləyə sərt şəkildə cavab verəcəkdir”.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93