Salam, xoş gəlmisiniz.

"Vəziyyət bizim bildiyimizdən o tərəfədir..." - ELDAR SABİROĞLU

2020-03-25 12:08:00

Ölkədə siyasi münasibətlərin bu dərəcədə gərildiyini və hətta belə kəskin şəkil aldığını müşahidə etməmişdim. Vəziyyət təsəvvür etdiyimizdən ağır və təhlükəli istiqamətə yön alır. Bayram təbriki zamanı bəzi siyasi qüvvələrlə, xüsusən elan etdiyi 5-ci kalonla sərt savaşa başlayacağının anonsunu səsləndirən Azərbaycan Prezidenti artıq iki gün əvvəl əməliyyata başlamaq göstərişini verdi və müxalifətin önəmli isimlərindən birini 4-cü dəfə həbsə atdırdı. Bu anlar diqqətimi bir ciddi məqam çəkdi və onu hökmən qeyd etməyi lüzumlu sayıram. Ölkə başçısı artıq özü döyüş meydanındır. Deməli, vəziyyət bizim bildiyimizdən o tərəfədir.
Bəzən prosesləri şəxsi müşahidələrim və siyasi təhlillərim zəminində qiymətləndirərkən lazımsız iradlara qarşılaşır, hətta məni insanların mübarizə əzmini və ümidini qırmaqda günahlandırırlar. İndi danışmağı, bərli-bəzəkli çıxışları ilə öz ənənəvi mübarizə üslubunu davam etdirənlərə sualım var:"TOFİQ YAQUBLU həbs edilərkən mən orada 10 nəfər müdafiəçini və ya etrazçını görmədim. Niyə yox idilər, nədən qorxurdular?"
Lakin məni məyus edən, həm də çəkdiyi daxili əzab və iztirabları üzündən oxuya bildiyim, şəxsinə hörmətlə yanaşdığım və zindandakı oğul həsrəti ilə yaşayan ZƏFƏR ƏHMƏDOVUN TƏNHA OBRAZINI görmək və hiss etmək ürəyimi parçaladı. Onu günahsızların yanında hər zaman gözlərim çəkdi. Heç kimə borcu olmayan ZƏFƏRİN VİCDANININ HARAY SƏSİNİ duymamaq bu dəfə mümkün deyildi.
Sonra da qələbənin qapının ağzını kəsdirdyindən danışırıq?! O hansı qələbədir ki:

1. Xalqın aktivliyi yoxdur.

2.Müxalifət dediyimiz siyasi düşərgə bir-birini didir.

3.Beynəlxalq birliyin dəstəyi görünmür.

Bu yerdə hakimiyyətə belə tezliklə gəlmək istəyənləri keşkə anlaya bilsəydim...
Dördüncü dəfə günahsız olaraq həbs edilən Tofiq Yaqubluya azadlıq deməyimin məntiqini və mənasını ona görə görmürəm ki, bu sözün qədir-qiyməti artıq itirilib. Tofiqi müdafiə üçün məhkəmə və polis idarəsinin qarşısına çıxmağa cürət demirəm, azadlıq eşqinin müəlliflərindən heç olmazsa 50 nəfərin dəstək vermək istəyində olduğunu görmək pis olmazdı.
Yəqin ki, məni ümid qırmaqda ittiham edənlər bu dəfə təxribatda təqsirləndirərlər...

Eldar SABİROĞLU

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93