Salam, xoş gəlmisiniz.

Vilayət Eyvazov rəisi, müavini və sahə müvəkkilini İŞDƏN ÇIXARDI

2019-09-25 10:37:19

Vilayət Eyvazov rəisi, müavini və sahə müvəkkilini İŞDƏN ÇIXARDI

Bakıda polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru