“VİRTUAL MƏKTƏB” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ VALİDEYN KOMİTƏLƏRİ İLƏ GÖRÜŞ

23 May, 2020, 20:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 4 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org-un məlumatına görə, mayın 22-də “Virtual məktəb” layihəsi çərçivəsində M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin valideyn komitələri ilə yaranmış pandemiya vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş canlı görüş keçirilib. Görüşə 144 valideyn qatılıb.

Onlayn iclasda məktəbin direktoru Cavid Əliyev valideynləri maraqlandıran sualları cavablandırıb. Mart ayından başlayaraq tədrisin məsafədən təşkili və bu məqsədlə istifadə edilən “Microsoft Teams” platformasına bugünədək müəllim və şagirdlərin qoşulması və hazırda dərslərin davam etdirilməsi barədə danışıb.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova cari ilin məktəbdaxili qiymətləndirilməsi haqqında valideynləri məlumatlandırıb.

Uşaq birliyi rəhbəri Məsmə Nəcəfova şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlbi, yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bir sıra yerli və beynəlxalq səviyyəli onlayn yarış, müsabiqə, virtual sərgi və digər tədbirlərdə şagirdlərin fəal iştirakından və həmin müsabiqələrdə qalib olan şagirdlərdən danışıb. Yeni müsabiqələr haqqında məlumat verib.

Məktəbin psixoloqu Şəfəq Həsənova valideynlərlə söhbət zamanı onları narahat edən psixoloji məsələlərə toxunub, söhbət zamanı onlara motivasiya verici tövsiyələr verib, həmçinin psixoloji mövzularda suallar cavablandırılıb.

Görüşdə mövcud vəziyyət, qarşıda duran vəzifələr, gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib.

İclasın sonunda valideynlər Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsindən razı qaldıqlarını, karantin müddətində müəllimlərin və məktəb rəhbərliyinin övladlarına göstərdikləri qayğı üçün minnətdarlıqlarını bildiriblər.

Mövzuya dair fotomateriallar:

Hurriyyet.org

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93