VİRTUAL REALLIQ: kompüterin insan psixikasına təsiri

VİRTUAL REALLIQ: kompüterin insan psixikasına təsiri

Kompüter gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Zəngin çeşidli kompüter qurğuları bizi və övladlarımızı hər yerdə - işdə, məktəbdə, küçədə, edə əhatə edir. Kompüter mühiti insan şəxsiyyətinə də dərin təsir göstərir. Amma təəssüf ki, bu təsir aspektləri hələ çox az öyrənilib.

Zəmanəmizdə deviant davranışın digər bir sıra formaları kimi, addiktiv (addiction- zərərli vərdiş, meyl) davranış formalarının da yeniyetmə və gənclərin həyat üslubuna, yaşam tərzinin bir hissəsinə çevrilmə riski get-gedə artmaqdadır. Asılılıq meylləri yaradan addiktiv davranışın “internet-addiksiya”, “kompüter addiksiyası”, “qeyri-kimyəvi və “kimyəvi addiksiya”, “qumar oyunları addiksiyası”, “televiziya və serial addiksiyası” və s. kimi formaları geniş yayılmaqdadır. Ölkəmizin yeniyetmə və gənclərini sözün əsl mənasında öz cənginə alan oyun və kompüter addiksiyası “21-ci əsrin taunu”na çevrilib, amma bu xəstəlik də cəmiyyət tərəfindən yetərincə dərk edilmir.

Kompüter texnologiyaları bu gün orta məktəblərə (hətta ibtidai siniflərə belə) total və qalibiyyətli yürüş edir, KİV-də isə çox təəssüf ki, kompüter qurğularının və virtual vasitələrin uşaq psixikasına təsiri haqda demək olar ki, heç bir dolğun, obyektiv informasiyaya rast gəlinmir.

Adi gerçəklik harda virtual reallığa keçir? Kompüter material reallığı tamamlayır, ya onu məhv edir?

“Virtual reallıq” bir anlayış kimi artıq çoxdan ümumişlək dilin tərkib hissəsinə çevrilib. Bugünkü həyatımızda bunun faktiki təzahüri ətraf aləmdən təcrid olunub, bütün diqqətini kompüter monitoruna cəmləyən yeniyetmələr və istehsal, eləcə də biznes məsələlərinin həlli məqsədilə yaradılan mürəkkəb proqramlardır.

Əvvəla, qeyd edək ki, öz mənşəyinə görə, virtual reallıq digər reallıqların “doğma bacısıdır”. Misal üçün, təxəyyül reallığının, səhnə hərəkəti reallığının, eləcə də oyun reallığının. Əslində insanın fiziki, gerçək reallıqdan uzaqlaşıb hansısa qeyri-adi, özünəxas reallıqlar yaratmağa can atması adi haldır.

Kitab oxuyarkən, filmə tamaşa edərkən gerçək dünyadan qopub özəl aləmə düşürsən. Odur ki, virtual reallıq insan psixikasının qanunauyğunluqlarını prinsipial şəkildə dəyişdirə biləcək gücə malik deyil.

Təbii ki, virtual reallıq spesifik anlyışdır və kompüter interfeysləri ilə bağlıdır, amma o sırf insana aid bir anlayışdır, belə də qalacaq. Və virtual reallıqla bağlı bu günkü problemlər, əslində insanın əbədi-əzəli problemidir.

İkincisi, bu problemlərin müzakirəsi yalnız müəyyən mənada virtual adlandırıla bilən “qarışıq reallığ”ı kənarda qoyur. Halbuki məhz qarışıq reallıq gündəlik həyatımızın böyük bir hissəsini zəbt edib. Kompüter qurğuları ilə təmasda olan hər bir insan əslində adıçəkilən reallıqda yaşayır. GPS-bələdçidən istifadə edən sürücü, gerçək obyektlərin fotolarını googl-a yerləşdirən istifadəçi, küçəylə gedə-gedə telefonundan kiməsə ismarıc yollayan yeniyetmə məhz adıçəkilən reallığın subyektləridir.

Kimin üçünsə bu müzakirələr sadəcə elm ətrafında gəzişmələr xarakterli sxolastik mülahizələr təsiri bağışlaya bilər. Amma dünyanın aparıcı korporasiyaları (misal üçüçn, Nokia) uzun illərdir məhz qarışıq reallıq üçün nəzərdə tutulan xüsusi servislərin işlənib hazırlanmasına və tədqiqinə milyonlarla dollar vəsait sərf edir.

Картинки по запросу VİRTUAL REALLIQ

“Virtual mühitlər” dedikdə nə anlamalıyıq? Onun mexanizmi və insana təsiri haqda nə məlumdur?

Məsələyə fəlsəfi yöndən yanaşsaq, qeyd etməliyik ki, insanın iç dünyasının sonsuzluğu ilə zahiri fiziki məhdudluğu arasında dərin ziddiyyət var. Adi həyatda biz buna alışmışıq və bizi bu fundamental ziddiyyətlə barışdıran məişət qayğılarının arxasında gizlənərək ömrümüzü başa vururuq.

Ateistçün ölüm - onun fərdi mövcudiyyətinin mütləq sonluğudur. Virtual reallıq isə (təəssüf ki, yanlış düşüncədir) insan təbiətinin bu məhdudluğunu aşmağa kömək edir.

Virtual reallıq kompüter qurğusu ilə insan psixikasının təması nəticəsində meydana gəlir. İstənilən virtual mühit kompüter qurğusunun və insan psixikasının imkanları ilə məhdudlaşır. Məlumdur ki, kompüterlərin qurğu imkanları sürətlə artır. Bu yaxınlarda hətta insan gözünü qismən də olsa əvəzləyə bilən elektron implantın yaradıldığı haqda məlumat da verilmişdi.

Elmi ədəbiyyatda “kompüter insana necə təsir edir?” sualına bu və ya digər şəkildə cavab verən bir sıra tədqiqatların təsvirinə rast gəlmək olar. Cavablar müxtəlifdir, əksəriyyəti də bir-birinə ziddir. Bəzi tədqiqatların iddiasına görə, kompüter oyunlarına aludəlik psixkanı dağıdır, digər tədqiqatların nəticəsinə görə isə "kompüter oyun təcrübəsi”ndən istifadə müsbət effekt verir.

Konkret nəzəri yanaşmalardan və müəllif mövqelərindən kənarlaşsaq, virtuallığı ümumi şəkildə bu cür səciyyələndirə bilərik:

1. Virtuallıq anonimlik illüziyası yaratdığından insanı gündəlik həyatında məhdudlaşdıran bir çox qadağaları “sərbəstləşdirir”.

2. İnsanın cismi və 5 duyğu orqanı virtual reallıqda həllədici rol oynamır. Keçmiş, bu gün və gələcəklə bağlı hisslər aydınlığını itirir, bu da insan şəxsiyyətinin bütövlüyünü təhlükə altına atır.

3. Virtual reallıqda insan özünün çoxlu sayda şəxsləndirilmiş obrazlarını - avatarlarını yarada bilir. İnsanın öz avatarları ilə qarşılıqlı münasibəti psixi dinamikanın xüsusi tipidir. Avatarlar eyni fərdin müxtəlif təzahürləridir, onlar həmin şəxsin şüuraltı ehtiraslarını və qorxularını ifadə edirlər.

4. İnsanın virtual reallıqdakı təcrübəsi bizim arzular aləmində qazandığımız təcrübəylə çox oxşardır, bu təcrübə sürrealistdir.

5. Virtual reallığın əksər seqmentləri (parlaq lövhələr, istinadlar, animasiya vəs. və i.a.) qeyri-ixtiyari diqqətin daimi stimullaşdırılmasına hesablanıb. Bu güclü "yükləmə (yorulma)" effekti yaradır və iradi (qərarlı) tənzimlənmə mexanizmlərini əngəlləyir. Sadə dillə desək, virtual reallıq əsasən iradəsiz, mədəni səviyyəsi aşağı olan insanın orada natamamlıq hissindən uzaqlaşaraq (gerçək həyatda tez-tez qınaq obyyekti olan bu cür insanlar adətən özlərini natamam hiss edir) rahat vaxt keçirməsi üçün hesablanıb.

Psixiatrik xəstəxanalarda şəxsiyyət pozğunluğundan əziyyət çəkən insanları çox vaxt “tərəvəz” adlandırırlar. Bu da təsadüfi deyil. Axı virtual məkanın əksər “zəmilər”i məhz psixi cəhətdən sağlam “tərəvəz”lərin yetişməsi üçün yaradılıb. Özü də kütləvi yetişməsi üçün.

Təkrar edək ki, özü-özlüyündə kompüter texnologiyaları insana ziyan verə biləcək gücdə deyil. Hər zaman olduğu kimi, bu gün də hansısa nəsnəni xeyrə, yaxud şərə yönəldən yalnız və yalnız insandır.

İnformasiya bolluğu insanın qarşısında geniş imkanlar açmaqla yanaşı, onu bir çox təhlükələrlə də üz-üzə qoyur.

Картинки по запросу Virtual reallıq

Virtual aləmin insan təxəyyülündən fərqi nədədir?

Deyə bilərdik ki, insan öz fantaziyalar aləmində sərbəstdir, virtual aləmdə isə asılı vəziyyətdədir. Amma bu tam doğru deyil. İnsan təxəyyülü həmin insanın mədəni səviyyəsi, dünyagörüşü ilə məhdudlaşır. Virtual aləmdə isə insan birincisi, bir neçə dünyadan birini seçməkdə, ikincisi isə, seçdiyi dünyanın ona təqdim etdiyi çərçivədə sərbəstdir.

İnkişaf etmiş virtual aləmlərlə hazırda daha çox qarşılaşan komanda oyunlarına üstünlük verən internet istifadəçiləridir. Sosial şəbəkə istifadəçiləri üçün isə virtual dünya dost-tanışla canlı ünsiyyəti tamamlayan bir vasitəsidir.Xidməti kompüter qarşısında darıxan gənc oğlan və qızlarçün bu “ veb sörfinq”lə məşğul olmaqla işin sonuna qədər baş qatmaq imkanıdır.

Peşəsi bilavasitə kompüterlə bağlı olan insanlarçün ( proqramçılar, sayt redaktorları, adminlər və s.) virtual aləm sadəcə gündəlik işdir.

Sadaladıqlarımız psixoloji nöqteyi-nəzərdən tamamilə fərqli situasiyalardır. Onları birləşdirənsə yalnız kommunikasiya kanalının spesifik xüsusiyyətidir.

Похожее изображение

Virtual reallığın insan psixikasına əsas təsir mexanizmləri

Əslində vurtual reallıqda insanlara kim təsir edir demək, daha doğru olardı.

Şübhəsiz, virtual reallığın özü insana təsir edən bir sıra fundamental effektlərə malikdir. Onlar haqda artıq danışdıq. Amma internetə daxil olan insan üçün ən vacib olan şəxsi kompüterinin şəbəkəyə qoşulduğu an bir çox təsir casuslarının və subyektlərinin hədəfinə çevrildiyini anlamasıdır.

Digər sosial məkanlar kimi, virtual məkan da ən müxtəlif siyasi, iqtisadi və dini qüvvələrin fəaliyyət meydanıdır.

Siyasətçilər səs qazaqnmaq, iş adamları mallarını satmaq, dini konfessiyalar yeni dindarlar cəlb etmək, internet provayderləri insanların sutkalarla şəbəkədə qalmasını istəyir.

Bu mübarizədə manipulyasiya texnologiyalarının bütün potensialında istifadə edilir.

Virtuallığın maipulyasiya riskləri son dərəcə fərdidir.Onlar insanın çəxsi keyfiyyətlərindən çox asılıdır. Hansısa xarakter tipləri üçün əhəmiyyətsiz olan nəsnələr, digərləri üçün şəxsiyyət pozuntusunatəkan verə bilər.

Картинки по запросу uşaq komputer

Uşaqlar və kompüter problemi haqda nələri bilməliyik?

Hətta təpədən-dırnağadək kompüterləşdirilmiş Amerikada belə, pedoqoji araşdırmalarda tədrisdə kompüterin istifadəsini məhdudlaşdırmaq mövzusu müzakirə olunur. Özü də bu müzakirələrə səbəb yalnız tibbi göstəricilər deyil. Mütəxəssislərin fikrincə, heç də hər bir uşaq kompüterin köməyi ilə təhsil almağa qadir deyil.

Bizim ölkəmizə gəldikdəsə, qeyd etməliyik ki, yaxın zamanlarda tədrisdə kompüterdən istifadə kütləvi hal alacaq, özü də həm böyük, həm də ibtidai siniflərdə. Amma kompüter texnologiyalarının uğaq psixikasına göstərdiyi təsir gücü həddən artıq qlobaldır, və onların istifadəsini sadəcə tədrislə məhdudlaşdırmaq mümkünsüzdür. İbtidai siniflərdə bu cür tədris üsulu bir sıra neqativ effektlərə gətirib çıxara bilər.

Odur ki, mütəxəssislərin fikrincə, müəyyən yaşa qədər uşaqları kompüterdən mümükün qədər uzaq saxlamaq daha məqsədəuyğundur.

Ən azından, uşağın kompüterdə işini məhdudlaşdırmaq lazımdır.Bunun valideyn nəzarəti proqramından başlamış, adi, birbaşa qadağaya qədər müxtəlif yolları var. Təbii ki, bunu kobud şəkildə deyil, səbrlə, sevgiylə etmək lazımdır.

Valideynlər tərəfindən məhdudiyyət qoyulmadığı halda artıq yeniyetmə yaşlarında uşaqda böyük ehtimalla kompüter asılılığının hansısa növü formalaşmış olacaq.

Nə üçün kompüter oyunları nəinki uşaqlar üçün, hətta yetkin insanlar üçün də bu qədər cəlbedicidir?

Adi uşaq oyunu xüsusi (özəl) reallıqdır. Kompüter oyunu isə ikiqat xüsusi (özəl) reallıqdır. Uşaqlarçün oyun “ reallığın rəmzi dərki” vasitəsidirsə, yetkin insanlarçün bu reallıqdan qaçmaq yoludur.

Müasir kompüter oyunları əsasən həyat çətinliklərindən qaçıb gizlənməyə can atanlar üçün bir tələdir. Kompyüter oyunlarını işlənib hazırlanarkən insanlarda asılılıq yaratmaq üçün hesablanır, bu asılılığa qarşı çıxmaqsa heç də asan məsələ deyil.

Oyun məhsulları qlobal sosiallaşma faktoruna çevrilib. Onların insana təsirisə daha çox neqativdir. Dövlətimizsə nədənsə bu problemə yetərincə diqqət ayırmır.Qərb dünyasında bu problem müzakirə olunub həll edilirMisalçün, uşaqlar və yeniyetmələr üçün məsləhət görülməyən oyunların siyahısı mövcuddur, uşaqları və yeniyetmələri neqativ kontentdən qorumağı uşaq müəssisələrinin və kitabxanaların öhdəsinə qoyan qanunlar mövcuddur. Amma təəssüf ki, bütün əməli tədbirlərə baxmayaraq, kompüter asılılığı qərb dünyasında da problem olaraq qalır.

Məsəl var, deyərlər, buz nazik yerindən sınar. Övladlarının müxtəlif ziyanlı vərdişlərin əsirinə çevrilməsini istəməyən valideynlər ununtmamalıdırlar ki, uşaqları və yeniyetmələri virtual vasitə və servislərin neqativ təsirindən qoruya biləcək ən əsas “dərman” xoşbəxt ailə, xoşbəxt uşaqlıq, dostları ilə normal ünsiyyət, normal məktəbdir.

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org