Virus sürətlə Kremldə yayılır – Peskov da xəstələndi

12 May, 2020, 17:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirus xəstəliyinə yoluxub. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Xəstəxanaya yerləşdirilən Peskov mətbuat nümayəndələrinə açıqlamasında deyib: “Bəli, xəstələnmişəm, müalicə alıram”.

Peskov yüksək rütbəli rusiyalı məmurlar arasında yeni tipli koronavirusa yoluxmuş dördüncü şəxsdir. Birinci olaraq, Rusiyanın baş naziri Mixail Mişustin, sonra tikinti naziri Vladimir Yakuşev və mədəniyyət naziri Olqa Lyubimova Kovid-10 virusuna yoluxublar.

İndiyə kimi Rusiyada 232 243 yoluxma, 2 116 ölüm halı qeydə alınıb, xəstələrin 43 512 nəfəri sağalıb. Rusiya yoluxma sayına görə dünyada ABŞ və İspaniyadan sonra üçüncü ölkə olsa da, ölkədə Kovid-19 virusundan ölüm faizi aşağıdır.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93