VƏTƏNİN-TORPAĞIN DAŞI OLDU İSGƏNDƏR HƏMİDOV

6 Aprel, 2020, 15:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Aprelin 5-i  İsgəndər Bozqurdun fani dünyaya göz yumub haqq dünyasına qovuşmasından 40 gün ötdü. Biz isə verdiyimiz sözü tuta bilmədik  ,  40 günü VƏTƏN DAŞInın görüşünə gedə bilmədik.  “Virusların şahı” yolumuza “qırmızı işıq yandırdı” . Gedib neyləyəcəkdik axı, nə danışacaqdıq görən?  Eləcə VƏTƏN DAŞImıza gileylənəcəkdik , niyə sözünü tutmadı ,- ŞUŞANIN , LAÇININ, … KƏLBƏCƏRİN QURTULUŞU SAVAŞINDA  ÖNDƏ  GEDƏCƏK BOZQURD OLMADI ? Sıralarımız seyrəlir , Dədəm Qorqud demiş,  HANI DEDİYİM BƏY ƏRƏNLƏR, DÜNYA(YA) MƏNİM DEYƏNLƏR? 

İsgəndər bəy böyük şairlərimiz Bəxtiyar Vahabzadə ilə Məmməd Arazı özünün qoşa qanadı sayırdı , onların dünyalarının dəyişmələri ilə qanadlarının qırıldığını açıqlamışdı  . Sonra da ömür-gün yoldaşının onu yarıyolda qoymasından özünə gələ bilmədi.  İndi 40 gündür o dünyadan TORPAĞIN DAŞI KİMİ BOYLANIR.  Məmməd Arazın arzusu -istəyi yada düşür :

“BU TORPAĞIN DAŞI OLUB QALAYDIM, YOXDU ÖZGƏ UMACAĞIM “

Məğrur Bədəlsoy


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93