VƏTƏNİN ÜÇ İGİDİ – Manya Səxavətqızı yazır

11 Aprel, 2020, 13:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İnsanın ömür yolu Allah tərəfindən cismi var olan andan etibarən yazılar. Yurdundan-yuvasından, var olduğu dünyasından asılı olmayaraq insanın bərqərar olacağı yeri və layiq olacağı ünü Allahdan başqa heç kim bilmir. Allah insanları layiq bildiyi mərtəbələrə yüksəldir. Hər qəlbi fərqli yaradır. Ancaq hər gün yer üzünə qədəm qoyan minlərlə insanın bəzilərinin qəlbini şəhidlik nuru ilə işıqlandırır. Həmin o insanlar Allahın seçilmiş bəndələri olur. O insanların vətən sevgisi , torpaq sevgisi o qədər böyük olur ki, daha ürəklərinə başqa sevgini sığdıra bilmirlər.

Tək amalları vətən olan belə seçilmişlərdən olan Cavid, Adil və Qabil qanları ilə qəhrəmanlıq salnaməsi yazan mərd oğullar idilər. Üç dostun siması fərqli duyğuları və arzuları bənzər idi. Hər üçü ömürlərini vətənin azadlığına həsr etmək və bu azadlıq uğrunda candan keçmək niyyətində idilər. Azərbaycanın bir-birindən uzaq olan üç fərqli şəhərlərində doğulan bu qəhrəmanları ürəklərindəki şəhidlik nuru və vətən sevgisi bir araya gətirmişdi. İmişli şəhərinin igid oğlu Cavid, Mingəçevir şəhərinin qəhrəman balası Adil və Naxçıvan şəhərinin unudulmaz qəhrəmanı Qabil qəhrəmanlığın sətir – sətir yazıldığı Aprel döyüşlərinin üç qəhrəman dostu, silahdaşı kimi tarixin unudulmaz qəhrəmanları kimi yaddaşlarda həkk oldular. Göstərilən hünərin, qazanılan zəfərin şir ürəkli üç cəngavəri düşmən ordusunu darmadağın edərək, düşmənin işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu postları ələ keçirərək çox uzun məsafələr qət etdilər. Atılan hər addım azadlığa doğru yönəlirdi. Bu üç gəncin addımları sanki illərdi işğal altında olan torpaqların sinəsində bitən bir çiçək idi. Bu torpaqlar azadlığa susamışdı, sevincə susamışdı. Illərdi cadar-cadar olan torpağının susuzluğuna igidlərin qanları çarə oldu. Vətənin üç igidinin sevincə qərq etdikləri vətən torpaqları onların al rəngli şəhid qanları ilə canlandı.Talış kəndi uğrunda mübarizə aparan qəhrəmanlar sırasında bu üç dostun adı xüsusi vurğulandı.Beləcə sadiq dostlar baş leytenant Dədəkişiyev Cavid Gülbaba oğlu, Adilzadə Adil Kamran oğlu və leytenant Orucəliyev Qabil Əbdüləli oğlu eyni anda şəhadətə ucaldılar. Hər üç dostun cansız bədəni aprelin 11-də doğulduqları yurdlarında vətən torpağına qovuşdu.

Əslində mənim yazdıqlarım bu qəhrəmanların göstərdikləri şücaətlərin dildən-dilə düşənləridir. Onların mübarizliyi və apardıqları mübarizələri tək Allaha tam aşkardı. Çünki onları son anlarında görən, elə onları bu mərtəbəyə layiq bilib şəhid adı ilə mükafatlandıran da Allahdır.

Manya SƏXAVƏTQIZI


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93