Vuhanda vəhşi heyvan ətinin yeyilməsi qadağan edildi

21 May, 2020, 16:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Çinin yeni tipli koronavirus epidemiyasının mərkəzinə çevrilmiş, 11 milyon əhalisi olan Vuhan şəhərində vəhşi heyvan ticarətinin qadağan edilməsindən sonra bu heyvanları ovlamaq və yemək də yasaqlanıb.

Vuhan şəhərinin rəhbərliyi həmçinin, vəhşi heyvanların yemək üçün artırılmasının da qarşısının alınacağını bildirib.

Ötən ilin dekabr ayında meydana çıxan epidemiyadan sonra bu ilin yanvarında vəhşi heyvan satışını tamamilə dayandırmışdı.

Lakin Çin və başqa ölkələrin bazarlarında vəhşi heyvanların ətlərinin hələ də satılmaqda olduğu xəbərləri yayılır. Bəlli olduğu kimi, Kovid-19 virusunun insanlara yarasalardan keçdiyi güman edilir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93