Əvvəlcə, qadın paltarı geyindirdilər, indi kənddən qovurlar… – ZƏRDABDA NAMUS DAVASI

10 İyul, 2019, 9:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bir müddət əvvəl Zərdab rayon Körpükənd kəndində iki qonşu arasındakı "namus davası"nda yeni detallar ortaya çıxıb.

Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, 70-ə yaxın kənd sakini imza toplayaraq Müşfiq Kərimovun ailəsi ilə birgə kənddən çıxarılmasını tələb edir. Buna səbəb isə M. Kərimovun oğlu Fərid Kərimovun qonşuları Mübariz adlı şəxsin gəlini A.H-nın nömrəsini başqa kənd sakinlərinə paylaması iddiasıdır.

Hətta bu hadisəyə görə bir müddət əvvəl Müşfiq Kərimova qadın paltarı da geyindiriblər. Belə ki, Mübarizlə birgə bir neçə nəfər F. Kərimovun atası M. Kərimova qadın paltarı geyindirərək icra nümayəndəliyinin qarşısında təhqir edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları M. Kərimovu təhqir edən R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni bir müddət əvvəl saxlayıb, sonra isə onlar məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Döyülən tərəfi narazı edən məqam isə həmin şəxslərin hələ də azadlıqda qalması və kənd sakinlərinin onlarla bağlı topladığı imzadır.

Zərdab Rayon Polis Şöbəsinin baş müstəntiqi Anar Süleymanov qafqazinfo-ya açıqlamasında 70 nəfərin ərizə yazması faktını təsdiqləyib. O bildirib ki, ərizələrin heç bir hüquqi əsası yoxdur: "Azərbaycan qanunvericiliyində ərizə yazmaqla kiminsə kənddən çıxarılması halı yoxdur. Buna görə də, heç kim kənddən çıxarıla bilməz".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru Aslan Qiyaslı qafqazinfo-ya açıqlamasında bildirib ki, M.Kərimovun döyülməsi faktı ilə bağlı cinayət işi başlanılıb: "Bu işlə bağlı istintaqın ilkin mərhələsində 4 nəfər saxlanılaraq həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib. Məhkəmə bundan imtina edib, daha sonra prokurorluq apelyasiya protesti verib. Apelyasiya instansiyası da protesti təmin etməyib. Həmin şəxslər bu səbəbdən azadlıqda qalıb. Hazırda istintaq davam etdirilir, yekunda iş tamamlanaraq məhkəməyə göndəriləcək. İttiham olunan şəxslərin əməlinə məhkəmə tərəfindən hüquqi qiymət veriləcək".

Qeyd edək ki, hadisədə adı hallanan xanım 6 ildir ki, evlidir. Həyat yoldaşı isə hazırda həbsdədir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93