Xətai sakinlərinin şikayətçi olduğu bu obyekti kimlər tikir? – VİDEO

0

“Bundan qabaq da dəfələrlə binamızın həyətində qanunsuz obyekt tikməyə cəhd etmişdilər, ancaq, sakinlərin şikayəti ilə dayandırılmışdı”.
Bu sözləri Xətai rayon Əhmədli qəsəbəsi Məzahir Rüstəmov küçəsinin sakinləri deyib. Onlar bildirib ki, yaşayış binasının həyətində tikilən qanunsuz obyekt barədə dəfələrlə şikayət etmələrinə baxmayaraq məsələ ilə maraqlananan olmayıb:
“Polisə şikayət etdik, İcra Hakimiyyətinə məlumat göndərdik ancaq, bizə kömək edən olmadı. Bundan əvvəl də burada yenidənqurma işləri adı altında  müxtəlif obyektlər tikilib. İndi həyətdə fəaliyyət göstərən “moyka”ların səsindən evimizdə yata bilmirik. Xahiş edirik aidiyyatı orqanlar bu problemlərimizi həll etsinlər. Tikilən obyekt uşaqlarımızın oynadığı, istirahət etdiyimiz bina həyətinin bir hissəsini zəbt edib”.
Sakinlər bildirdi ki, tikinti zamanı həyətdə olan ağaclar kəsilib, hətta bir neçə gün qabaq İcra Hakimiyyəti tərəfindən səkiyə düzülən daşlar da yerindən sökülüb. Məsələ ilə bağlı müxtəlif dövlət qurumları tərəfindən həmin yerə baxış keçirilib ancaq, heç bir nəticəsi olmayıb./yeniavaz.com /