Xaçmazda 37 yaşlı kişi bıçaqlandı

1

Xaçmazda bıçaqlanma hadisəsi baş verib. 

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini, 1983-cü il təvəllüdlü Teymurxanlı Nizami Abdulrəhim oğlu bıçaqlanıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, əməliyyat olunub. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.  

Faktla bağlı araşdırmalar davam etdirilir.