Xalq artistindən aparıcılara İRAD: “Bu, qonağa hörmətsizlikdir”

21 May, 2020, 20:59
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Dəvət etdiyi qonağa macal vermir danışmağa, sözünü ağzında qoyur. Olmaz belə, bu, qonağa hörmətsizlikdir”

Məşhur diktor Sabir Ələsgərli bir çox aparıcıların efir mədəniyyətinə əməl etmədiklərini deyərək, onları tənqid edib.

Diktor aparıcıları efir mədəniyyətinə əməl etməyə səsləyib:

“Sual verib, gözləmək lazımdır. Aparıcı sual verib, özü danışır, qonaq ağzını açanda da deyir ki, reklamlara bağlanırıq. Reklamlardan sonra, yenə özü danışır, axırda da veriliş qurtarır. Qonaq fikrini bildirmədən verilişi tərk edir. Dinləmə mədəniyyəti yoxdur. Aparıcı savadlı, bilgili, olmalı, davranış, efir qaydalarına riayət etməlidir. Dəvət etdiyi qonaqla hörmətlə davranmalıdır. Təəssüf ki, indi belə deyil”. \\Yenicağ


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93