Xalq artistinin evi əlindən alınır? – ÖZÜ AÇIQLADI

17 May, 2019, 10:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva məhkəməyə verilməsi ilə bağlı xəbərlər yayılıb. İddia olunur ki, bir müddət əvvəl “Bank Of Baku” ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. Bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızı da var.

Hurriyyet.org bildirir ki, publika.az xəbəri dəqiqləşdirmək üçün sənətçi ilə əlaqə saxlayıb. Xalq artisti əvvəlcə bu barədə danışmaq istəmədiyini desə də, sonradan xəbəri təkzib edib.

“30 ildir səhnədəyəm, belə bir şey görməmişəm. Əlbəttə ki, boş söhbətlərdir, yalan xəbərdir, yanından keçməyin. Bu barədə yazmağa və danışmağa ehtiyac görmürəm”.

Bankın müraciəti ilə bağlı hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırmalar aparılır və proses davam edir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93