Xaricdəki Azərbaycan VƏTƏNDAŞLARININ NƏZƏRİNƏ!

15 May, 2020, 20:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıdışı yalnız “Evə gedirəm” portalı vasitəsilə mümkündür. Portalda qeydiyyatdan keçmək lazımdır.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, xaricdən gələnlər mütləq karantin müəssisələrinə yerləşdirilməlidir: “Bizim xaricdən gələnləri karantin zonalarında yerləşdirmək üçün imkanlarımız, texniki potensialımız həftədə 200-500 nəfər arasındadır. Tək Rusiya deyil, burada Ukrayna, Türkiyə, İran, Özbəkistan, Avropanın müxtəlif ölkələrindən vətəndaşlarımız yerləşdirilir.

Burada karantin infrastrukturunun verdiyi imkanlar nəzərə alınmalıdır. Bu mütləq nəzarət altında olmalıdır, buna görə də Rusiyadan gələn vətəndaşlar “Evə gedirəm” portalında qeydiyyatdan keçməlidir”.

İbrahim Məmmədov bildirib ki, Dağıstan ərazisinə toplaşmaq barədə vətəndaşlara məlumat verilib: “Ora gəlməli deyildilər. Vətəndaşlardan xahiş olunur ki, portalda qeydiyyatdan keçdikdən sonra, mütləq şəkildə növbəni gözləsinlər”.

Qurum rəsmisi əlavə edib ki, bütövlükdə karantin zonalarında vətəndaşların yerləşdirməsi imkanları genişdir. Daxildə yoluxanlar, yaxud onlarla təmasda olan adamlar da karantinə yerləşdirilir.\\Axar


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93