Xaricdəki azərbaycanlılar nə zaman vətənə gətiriləcək? – Video

5 May, 2020, 23:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hazırda ölkəmizdə ciddi karantin rejimi davam edir və müddət 31 may tarixinədək uzadılıb. Bu tarixədək, digər ölkələrə gediş-gəliş müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, xarici ölkələrdəki vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində addımlar atılır.

Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

O, bildirib ki, xaricdə qalan vətəndaşlarımız xüsusi çarter reysi ilə ölkəmizə təxliyyə edilirlər:

“Rusiyadan bir qrup vətəndaşımız təxliyə edildi. Bu günlərdə Rusiyadan yeni qrup geri qaytarılacaq. Yaxın günlərdə digər ölkələrdən də, azərbaycanlıların hissə-hissə, mərhələlərlə ölkəmizə geri dönüşü həyata keçiriləcək”.

L.Abdullayeva onu da deyib ki, Azərbaycana təxliyyə edilən vətəndaşlar məcburi şəkildə və dövlət hesabına karantin rejimində saxlanılır. Geri qaytarılmanın necə həyata keçirilməsi məsələsinə gəldikdə isə XİN rəsmisi qeyd edib ki, təxliyyə planları Azərbaycanda infeksiyanın yayılması vəziyyəti və karantin yerlərinin hazırlığı ilə əlaqəli həyata keçirilir. \\Axar

 

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93