Xaricə gedənlərə YENİ TƏLƏB: Azərbaycanda koronavirusla bağlı arayışı hansı xəstəxana verir?

25 May, 2020, 12:08
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Artıq əksər dünya ölkələrində karantin tədbirləri yumşaldılır.

Ölkələr sərhədlərini açır, turizmin bərpası müzakirə olunur. Amma ölkələrə giriş-çıxışla bağlı xüsusi qaydaların da hazırlanacağı istisna edilmir. Məsələn, bir sıra ölkələrdə əcnəbi turistlərdən koronavirus testinin nəticələri tələb edilə bilər. Yəni cavabları neqativ olan şəxslər karantinə alınmadan ölkəyə buraxılacaqlar.

Bu zaman test ölkəyə giriş tarixindən 4 gün əvvəl edilməli, testi edən xəstəxana ilə bağlı məlumatlar tam aydın qeyd olunmalıdır. Artıq bir sıra ölkələr bu qaydaların tətbiq barədə ortaq fikrə gəlib. Belə olacağı təqdirdə Azərbaycandan da xaricə gedəcək şəxslərdən sözügedən test nəticəsi tələb oluncaq.

Bəs hazırda Azərbaycanda koronavirus testləri hansı xəstəxanalarda aparılır? Yoxlamadan keçənlərə hər hansı sənəd verilirmi?

Professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, koronavirus testinin aparıldığı xəstəxanalardan biri 1 saylı Kliniki Tibbi Mərkəzdir:

“Xaricə gedənlər, bilet alanlar orda testdən keçə bilərlər. Onlara nəticələrlə bağlı sənəd təqdim edilir. Özəl xəstəxanalarda belə bir xidmət yoxdur. Bundan başqa yəqin ki, sərhədlərdə hər bir dövlətin yoxlama kriteriyaları olacaq. Yerində həmin şəxslərin hərarəti, koronavirusun digər əlamətlərinin yoxlanması mümkündür”.

Xatırladq ki, hazırda Azərbaycanda koronavirus testindən keçən şəxslərə nəticələr həm də SMS vasitəsilə göndərilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93