Xatirə İslam DTX-nın həbs etdiyi məmurlardan danışdı – “Vaxtında mədəniyyətlə məşğul olsaydılar…”

11 May, 2020, 15:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Müğənni Xatirə İslam Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan rəhbər şəxslərdən danışıb.

Hurriyyet.org xəbər verir ki, ifaçı “Ölkə.Az”ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, kaş ki, o şəxslər vaxtında əsl mədəniyyət işçilərinə dəyər verərdilər.

“21 ildir ki, mən bu sənətdəyəm. Bu sənət üçün öz yaşıma uyğun, dəqiq desəm, ondan da artığını etmişəm. Düzü, Mədəniyyət Nazirliyində baş verən hadisələrdən dəqiqliklə xəbərim yoxdur, ona görə bu barədə bir söz deməyəcəm. Ancaq bunu dəqiq deyə bilərəm ki, o nazirliyin tutulan şəxsləri zamanında mədəniyyətlə məşğul olsaydılar, indi hamı əsl sənət ilə məşğul olan müğənniləri, sənətkarları tanıyardı”,- deyə X.İslam qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirin müavini Rafiq Bayramov, Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov,  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov da olub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93