Xəstəxanadakı tükürpədən qətlin təfərrüatı: Qısqanclıq üstündə olub

11 İyun, 2019, 10:06
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İyunun 10-da Bakıda xəstəxanada törədilmiş qətlin bəzi təfərrüatı məlum olub.

Hurriyyet.org xəbər verir ki, Yasamal Rayon Prokurorluğundan oxu.az-a verilən məlumata görə, qətlə yetirilmiş 41 yaşlı İbrahimova Xavər Arif qızı Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində qeydiyyatçı işləyib.

Qeyd edək ki, bazar ertəsi 09:10 radələrində Şərifzadə küçəsində yerləşən adıçəkilən müəssisənin həyətində 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu vətəndaş nikahında olduğu həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının sinə və boğaz nayihəsinə iki bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən keçinib.

Aparılan cinayət-axtarış tədbirləri nəticəsində həmin şəxs 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dindirilməsi zamanı saxlanılan şəxs son zamanlar onu qısqandığını etiraf edib. İyunun 10-da əlinə bıçaq alaraq, qadını Elmi Cərrahiyə Mərkəzinin həyətində gözləyib, onu görən kimi hücum edərək, boğazını kəsib.

Fakt üzrə qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

Qeyd edək ki, iyunun əvvəlindən bəri Bakıda altı qətl hadisəsi qeydə alınıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93