Salam, xoş gəlmisiniz.

“Xəzər adaları”nın yeni sahibi, deputat Kamran Nəbizadə danışdı

2019-07-01 17:47:44

“Xəzər adaları”nın yeni sahibi, deputat Kamran Nəbizadə danışdı

Xəbər verdiyimiz kimi, Bakıda Xəzər dəninin içində inşa edilən "Xəzər adaları” layihəsini deputat Kamran Nəbizadənin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçirilib. Bu barədə məlumatı layihənin ideya müəllifi və keçmiş rəhbəri, iş adamı Hacı Nehrəm İbrahimli yerli mətbuata verib. O bildirib ki, dövlətə olan borclarının qarşılığında "Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu "Aqrarkredit” qeyri-bank kredit təşkilatına verib. Onlar da bu ərazini millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər.

Bakupost.az məsələ ilə bağlı deputat Kamran Nəbizadə ilə danışıb. K.Nəbizadə faktı təsdiqləyib və bildirib ki, "Xəzər adaları" layihəsi həqiqətən də onu baş direktoru olduğu şirkətə verilib. Sitat: "Bəli, xəbər doğrudur, "Xəzər adaları" "Azərbaycan Sənaye Korporasiyasının” balansına verilib. Ancaq mən sizə daha ətraflı məlumat verə bilməyəcəyəm. Əlavə məlumat üçün korporasiyanın mətbuat xidməti ilə əlaqə saxlayın. Mən isə deputat kimi başqa suallarınızı cavablaya bilərəm".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93