Coğrafiya İnstitutundan SOS: Xəzər dənizi məhv olur

9 Oktyabr, 2019, 11:55
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Sahilində 20 milyon insanın yaşadığı Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir.

Hurriyyet.org-un Trend-ə istinadən veridyi məlumata görə, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Xəzərin bəzi yerlərində çirklənmə göztəricisi normadan 10-20 dəfə artıqdır.

R.Məmmədov əlavə edib ki, dənizdə nərə balığı ehtiyatının tükənmə təhlükəsi yaranıb:

"Dəniz səviyyəsinin dəyişkənliyi nəticəsində 1989-1995-ci illərdə Azərbaycanda ekoloji vəziyyət pisləşib, evlər, torpaqlar suyun altında qalıb, ölkənin sahil zonasında “ekoloji qaçqınlar” yaranıb, ölkəyə dəyən ziyanın dəyəri 2 milyard dollar olub".

Akademik diqqətə çatdırıb ki, əvvəllər dəniz iki dövlətin sərhədində yerləşirdisə, SSRİ-nin dağılması nəticəsində onun ətrafında beş müstəqil dövlət yaranıb: "Ona görə də bu ərazi geopolitik maraqların toqquşduğu bir regiondur. Əgər Xəzərin taleyinin Aralın faciəsinə dönməsini istəmiriksə, əl-ələ verib onu məhv olmaqdan qorumalıyıq".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93