“Xidməti borcunu yerinə yetirərkən rəhmətə gedib, şəhid deyil” – İcra Hakimiyyətindən AÇIQLAMA

19 Sentyabr, 2019, 13:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bu gün sosial şəbəkələrdəki bəzi paylaşımlarda Cəlilabad rayon sakini olan hərbi qulluqçu Sənan Hüseynovun şəhid olduğu bildirilib.

Hurriyyet.org bildirir ki, modern.az saytı məsləyə aydınlıq gətirilməsi üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən bildirilib ki, Sənan Hüseynov şəhid olmayıb.

“Sənan Hüseynov şəhid deyil. O, xidməti borcunu yerinə yetirərkən rəhmətə gedib. Sənan Hüseynova “leykoz” diaqnozu qoyulub. Əsgər dünən axşam rəhmətə gedib və bu gün dəfn olunub”.

İcra Hakimiyyətindən o da bildirilib ki, mərhum əsgər Sənan Hüseynov Şəmkirdəki N saylı hərbi issədə qulluq edirdi.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93