XİN Fransanın Qrenobl inzibati məhkəməsinin qərarını alqışlayıb

14 İyun, 2019, 16:24
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Qrenobl inzibati məhkəməsinin Drom departamenti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qondarma separatçı rejim arasında və bu ölkənin Bur le Valans, Valans, Burq dö Peaj kommunaları ilə Azərbaycanın işğal olunmuş Şuşa, Xankəndi və Xocavənd şəhərlərində qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət” orqanları arasında imzalanan qeyri-qanuni "sazişlər"in ləğv olunmasına dair cari ilin 6 iyun tarixli qərarını alqışlayır”.

Hurriyyet.org-un məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilib:

“Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qərarında olduğu kimi, Qrenobl inzibati məhkəməsinin də qəbul etdiyi bu qərar ölkənin yerli öznüidarəetmə orqanlarının Fransa qanunvericiliyi və beynəlxalq öhdəliklərinə zidd olaraq Azərbaycanın işğal edilmiş əraziləri ilə imzaladığı qanunsuz sənədləri ləğv edir. Bu qərarlar qanunun aliliyi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin vacibliyinin növbəti təzahürüdür. Hər hansı qanunsuz fəaliyyət, o cümlədən qeyri-qanuni rejimlərin təşviqi məğlubiyyətə məhkumdur. Səylərimizin münaqişənin beynəlxalq hüquq müstəvisində və beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq həllinə yönəldilməsi regiona davamlı sülh, inkişaf və hər kəsə qələbə gətirə bilər”,-deyə XİN-in açıqlamasında qeyd edilib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93