Xızıda axtarışda olan şəxs saxlanıldı – FOTOLAR

3 Aprel, 2020, 12:23
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Xızıda axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə axtarışda olan rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı Kamal Əhmədov saxlanılıb.

Qeyd edək ki, RPŞ-nin əməkdaşları tərəfindən 2020-ci ilin yanvar ayında Kamal Əhmədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl qumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patron və güllələr, eləcə də müxtəlif avtomobillərə məxsus üç ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Aşkar olunan əl qumbaraları və patronlar aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93