Salam, xoş gəlmisiniz.

Xudatda silsilə oğurluqlar olur, sakinlər narazıdır

2020-02-12 18:29:00

Xudatda silsilə oğurluqlar olur, sakinlər narazıdır

Xaçmaz rayonu, Xudat şəhər sakinləri son günlər yaşadıqları ərazidə baş verən silsilə oğurluqlar barədə hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət ediblər.

Hurriyyet.org xəbər verir ki, sakinlər qafqazinfo-ya bildiriblər ki, Osman Mirzəyev küçəsində müttəmadi olaraq əmlakları qarət olunur: "Təkcə yanvar ayında Xudat və ətraf kəndlərdən, əsasən Şollarda 10-dan artıq yük və sərnişin avtomobilləri qarət olunub. Hətta bizim küçədə 10 gün fasilə ilə eyni ailənin "KamAZ" maşını iki dəfə qarət olunub, əsasən də akkumulyatorlar oğurlanıb. Oğurluqların kütləvi xarakter almasına baxmayaraq oğrular hələ də tapılmır.

Bu problemin kütləviləşməsi küçələrdə işıqlandırma sistemlərinin olmamasıdır. Hava qaraldıqdan sonra hər tərəf zülmət içində olur, əhali gecələr çölə çıxa bilmir. Bununla bağlı da müvafiq qurumlara dəfələrlə müraciət etmişik, lakin heç bir nəticə əldə etməmişik, bizi süründürməçiliyə salıblar".

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, sakinlər Xaçmaz Rayon Polis Şöbəsinin Xudat şəhər bölməsinə eyni məzmunlu ərizə ilə müraciət ediblər: "Hazırda hüquq-mühafizə orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93