Xüsusi karantin rejiminin yumşaldılmasının səbəbi açıqlandı

15 May, 2020, 17:19
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Baş Nazir artıq xüsusi karantin rejimindən çıxmaqla bağlı qərar imzalayıb”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
İ. Məmmədov bildirib ki, bu, karantin rejimindən çıxışın yumşalması ilə bağlı üçüncü mərhələdir.

“Yumşalma dövründə yoluxma hallarının sayında artım müşahidə olundu. Amma ümumi proses idarə olunandır. Ötən müddət ərzində böyük təcrübə əldə edilib. Aidiyyəti qurumlarda ciddi maddi-texniki baza yaradılıb. Bütün bunlar koronavirusla mübarizə ilə bərabər həyatımızı davam etdirməyə imkan verir. Biz problemlə birlikdə yaşamağa öyrəşməliyik. Ötən dövrdə qoruyucu vasitələrin ölkədə istehsalı da təmin edilib. Bəzi məhsullar üzrə asılılıq azaldılıb, bəzi məhsullardan asılılığı isə tam aradan qaldıra bilmişik”, – deyə İ. Məmmədov vurğulayıb./apa/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93