YƏMƏNDƏ VƏZİYYƏT ƏVVƏLKİNDƏN DƏ AĞIRDIR – Artıq humanitar təşkilatlar da aclığın qarşısını ala bilmirlər

3

Hurriyyet.org xəbər verir ki, BMT Yəməndəki humanitar böhranın ölkədaxili müharibə başlanandan bəri indiki kimi ağırlaşmadığını və ölkənin aclıqla qarşı-qarşıya olduğu barəsində xəbərdarlıq edib.

BMT-nin humanitar məsələlər üzrə baş katibinin köməkçisi Mark Loukok BMT Təhlükəsizlik Şurasına Yəməndəki vəziyyət barəsində hesabat verib. Loukok deyib: “Yəmən yenidən aclığın astanasındadır. Ölkədəki humanitar böhran heç bu qədər ağır olmamışdı. Böhran yenidən böyüyür, iqtisadiyyat ağır vəziyyətdədir, humanitar yardım təşkilatlarının büdcələri bitmək üzrədir”.

Loukok əvvəllər ölkədə hər ay 13 milyon insanda ərzaq yardımı edildiyi halda, büdcənin azaldığı üçün hazırda yalnız 5 milyon adama tam güclü yardım edildiyini, 8 milyon insana isə edilən yardımların 50 faizini azaltmağa məcbur olduqlarını bildirib.

Ölkədə yeni tipli koronavirus epidemiyasının nəzarətdən çıxdığını bildirən Loukok Hudeyda çöllərində müharibə səbəbindən sahibsiz şəkildə çürüməkdə olan, batmaq və 1,1 milyon barrel nefti dənizə axıtmaq riski olan Səfər neft tankeri ilə bağlı tərəflərin heç bir addım atmadığını söyləyib.

Husilər Hudeyde limanı sahilindəki tankerdə BMT-nin araşdırma aparması ilə bağlı şərtlər qoyublar. Həmçinin, neftin tankerdən çıxarılacağı halda satışı ilə bağlı razılaşma əldə edilməyib.

Hurriyyet.org