YAP GET-GEDƏ NÜFUZUNU İTİRİR…. – ELDAR SABİROĞLU YAZIR

40

“Artıq partiya sürətlə yarpaqlarını tökür və yerdəcə saralıb torpağa qovuşur. Bəli, siyasi təşkilat olaraq Əli Əhmədovun Mərkəzi Aparata rəhbər, Siyavuş Novruzovun isə onun müavini təyin edilməsi YAP-ı zəiflətdi”

Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu facebook səhifəsində paylaşıb:

Yeni Azərbaycan Partiyası haqda indi hamı danışır. Çox heyf!!! Bəli, çox heyflər ki, partiyanın formalaşmasında və inkişafında az əmək sərf etmədik. Əli Nağıyevlə birlikdə ölkənin yollarında canımız çıxdı, kəndbəkənd dolaşdıq, insanlarla yaxın təmas quraraq partiyanın məqsəd və vəzifərini izah edər, Partiyanın lideri Heydər Əliyevin tövsiyyə və məsləhətlərini onlara çatdırardıq. YAP-ı öz doğmamız bilərdik. Əleyhinə danışanlarla barışmaz savaşa qalxardıq. Bu doğmalıq partiyanın qurulmasında əməyi olan hər kəs üçün siyasi amala, prinsipial və dönməz mübarizə əzminə çevrilmişdir. Göydə Tanrım, yerdə birlikdə yuxusuz gecələr keçirdiyimiz və partiyaya ömrünü qoymuş Əli Nağıyev mənim də çəkdiyim əziyyətlərə şahid olmuşdur. Hər gün saat 8-ə qədər işləyərdik. Evə çatar-çatmaz zəng edərdi ki, geri qayıt. Prezidentin tapşırığı var. Sadəcə söz xatirinə demədim ki, Əli Nağıyev YAP-ın yolunda ömrünü qoyub. Canını, ürəyinin nəfəsini qoyub… indi çəkilib bir qırağa heç nəyə qarışmır. Yəqin baxır, sağa-sola qorxur. Mənnən danışmağa da ehtiyat edir.

Artıq partiya sürətlə yarpaqlarını tökür və yerdəcə saralıb torpağa qovuşur. Bəli, siyasi təşkilat olaraq Əli Əhmədovun Mərkəzi Aparata rəhbər, Siyavuş Novruzovun isə onun müavini təyin edilməsi YAP-ı zəiflətdi. Onların fəaliyyətini ictimai rəy qəbul etmədi. İndi artıq partiya əvvəlki nüfuzunu itirmək üzrədir. Təsəvvür edin, bu gün Mirşahin ağır şəkildə YAP-ı ittiham etməyə başlayıb. Bu risk onun özündənmi yaranıb, yoxsa bu cəsarəti “hədiyyə” ediblər. Partiyanı bu cür adamların əzməsinə qətiyyən imkan vermək olmaz.

Hurriyyet.org