Yasamalda daha bir qəza – "Hyundai" dəmir arakəsməyə çırpıldı – VİDEO

14 İyun, 2019, 12:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakıda iki maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-CK-393 dövlət nömrəli "Hyundai Tucson" markalı avtomobil, eyni istiqamətdə olan 99-SH-858 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Hyundai" markalı avtomobil dəmir arakəsmələrə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, bu gün Yasamal rayonunda avtomobil bazarının yaxınlğında da yol qəzası baş verib. Nəticədə 3 qadın xəsarət alıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93