Salam, xoş gəlmisiniz.

Yataqxanada yanğın – 50 ailə təxliyə edilib

2019-09-12 13:08:36

Yataqxanada yanğın – 50 ailə təxliyə edilib

Göyçay rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 11:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində, Göyçay Peşə Liseyinin yataqxanasında baş verib. Yanğın beşmərtəbəli binanın 2, 3, 4 və 5-ci mərtəbələrində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı yataqxana binasında yaşayan 33 məcburi köçkün ailəsi və 17 yerli ailə təxliyə edilib.

Yanğınsöndürənlərin operativliyi sayəsində köhnə taxta konstruksiyalı binada baş verən yanğının genişlənməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru