Salam, xoş gəlmisiniz.

Yavər Camalovun qardaşı 18 mindən imtina etdi - məhkəmədə gözlənilməz qərarlar

2017-08-30 12:33:33

Yavər Camalovun qardaşı 18 mindən imtina etdi - məhkəmədə gözlənilməz qərarlar

Hurriyyet.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin - nazir qardaşının vəkili İmaməli Əsgərov bildirib ki, təqsirləndirilən Samit Nəbiyev məhkəməyə ərizə göndərib.

Samir Nəbiyev ərizəsində qeyd edib ki, öz vəkili Ceyhun Yusifovdan imtina edib.

Samir Nəbiyev vəkilinin açıqlamaları ilə razı olmadığını ərizəsində qeyd edib.

“Vəkilim bir çox saytlar və qurumlara mənim adımdan açıqlama verib. Həmin açıqlamalardan imtina edirəm. Maddi imkanım olmadığı üçün Əlikram Camalovun pulunu qaytara bilməmişəm“- deyə ərizəsində qeyd edən S.Nəbiyev bunu məhkəməyə də təsdiq edib.

Məhkəmədə daha bir maraqlı məqam üzə çıxıb.

Məlum olub ki, Əlikram Camalov da məhkəməyə ərizə ilə müraciət edib və dəymiş ziyandan imtina etdiyini bildirib. O, S.Nəbiyevi bağışladığını qeyd edib.

Prosesdə vəkil Ceyhun Yusifov çıxış edərək, məhkəmədən imtinanın qəbul olunmasını istəyib: “Hörmətli məhkəmə, mənə Samirin günahsız yerə tutulmaması lazım idi. Bu gün də tərəflər barışdı. Ona görə də imtinanı qəbul edin“.

Məhkəmə hər iki ərizəni qəbul edib. İclasda məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

Dövlət ittihamçısı isə çıxışa hazır olmadığını bildirib və məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası sentyabırn 5-nə təyin edilib.

Xatırladaq ki, bu iş üzrə məkəmə istintaqı başa çatmış, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin məhkəmənin hökm elan edəcəyi gözlənilən gün Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti təmin edilərək, işə yenidən baxılması ilə bağlı qərar qəbul edildi.

Rəsmi ittihama görə S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.

Nazir qardaşı Əlikram Camalov “Hacı Camalxan“ Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Vəkil Ceyhun Yusifov isə son çıxışında bildirib ki, nazir qardaşı Samir Nəbiyevə 18 min manatı sələmə verib.

S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. /musavat.com/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93