“Yayda virus yox olacaq” iddialarının mənşəyi tapıldı – Professor ŞAD XƏBƏRİ açıqladı

1

Rütubətli hava yeni tip koronavirusun yayılmasının böyük ölçüdə qarşısını alır.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə Yale Universitetinin immunobioloqu Akiko İvasaki araşdırma aparıb.

Araşdırma nəticəsində bəlli olub ki, quru hava virusun ağciyərdən təmizlənməsini əngəlləyir, orqanizmin viruslara qarşı immun sistemini zəiflədir: “Havanın quru olduğu qış ayıarında həyatımızın 90%-ni qapalı məkanlarda keçiririk. Bu da virusun ən yaxşı yaşadığı və yoluxduğu dövrdür”.

Massaçusets Texnologiya Universitetinin mühəndisi Həzhir Rəhmandad tərəfindən aparılan digər bir araşdırma koronavirusun quru yerlərdə rütubətli yerlərə nisbətən daha çox yayıldığını ortaya çıxarıb.

Qeyd edək ki, qış aylarında ortaya çıxan və bütün dünyaya yayılan koronavirusun yay aylarında səngiyəcəyi və yox olacağı barədə hələ aylar əvvəl iddialar ortaya atılmışdı.