“YEGANƏ DÖVLƏTDİR Kİ, SƏMİMİ BİR MÜTTƏFİQİ YOXDUR” – ELDAR SABİROĞLU

29 İyul, 2020, 19:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Yeganə ölkədir ki, beynəlxalq aləmdə səmimi bir müttəfiqi yoxdur. İnamsızlıq və etibarsızlıq Rusiyanın iliyinə qədər işləyib”

Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu facebook səhifəsində paylaşıb:

Türkiyə-Azərbaycan hərbi-siyasi əməkdaşlıq əlaqələri yeni və açıq müstəviyə qədəm qoydu. Ermənistanın Azərbaycana son hərbi təcavüz aktı qardaş ölkənin səbrini daşırdı. Türkiyə dövlətinin bu qədər aşkar və birmənalı mövqeyini indiyədək müşahidə etməmişdik. Vəziyyət hətta o həddə çatdı ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Ermənistanın dövlət sərhədinə yaxın məsafədə uçuşlara başladı. Türk əsgəri döyüşə hazır vəziyyətə gətirildi.

Azərbaycana hərbi dəstək barədə Türkiyənin qərarı işğalçı Ermənistandan daha çox ona havadarlıq edən Rusiyaya ciddi siqnal idi. Tovuz rayonu istiqamətində dövlət sərhəddimizə işğalçı Ermənistanın silahlı müdaxiləsi zamanı Türkiyə hökumətinin ortaya açıq mövqe qoyması qarşılığında Rusiyanın ehtiyatlı münasibət sərgiləməsi göstərdi ki, bu ölkə hərbi doktrinasına düzəliş etmək məcburiyyətindədir. Xarici və daxili siyasəti demək olar ki, iflas olub. İqtisadiyyat çöküb, işsizlik ölkə əhalisini çıxılmaz vəziyyətə salıb. Əhalinin dolanışıq tələbatları əsasən silah satışından gələn gəlirlər hesabına ödənilir.

Belə vəziyyətdə müharibə hədələri ilə danışmaq Rusiyanın xeyrinə müsbət heç nə vəd edə bilməz, əksinə onun özünü daha çıxılmaz duruma salar ki, bu da nəticə etibarı ilə ölkəni vətəndaş müharibəsinə sürükləyər. Xaborovskda Putin hakimiyyətinə qarşı baş qaldıran etiraz dalğası bunun təkzibedilməz göstəricisi kimi diqqəti cəlb edir və günün birində dalğanın bütün Rusiyanı bürüməyəcəyinə kimsə təminat verə bilməz. Ehtimal realdır və Rusiya hökuməti bundan çox narahatdır. Dünya Rusiyanın çökəcəyi günü səbirsizliklə gözləyir.

Türkiyə hökumətinin Azərbaycana hərbi dəstəyi Ermənistana yerini göstərməklə yanaşı həm də Rusiyaya bölgədə sakit siyasi davranış nümayiş etdirməyə bir çağırış idi. Türkiyə və Azərbaycan Rusiya ilə bu dəfə açıq mətnlə danışdılar və onu təhlükəli siyasətdən geri çəkilməyə səslədilər.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93