“Yeni dalğadan qorxmaq lazım deyil” – ÜST nümayəndəsi

9 May, 2020, 18:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Biz ikinci dalğanın gələcəyini görürdük”.

Hurriyyet.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

H. Harmancı deyib ki, həmişə pandemiyanın pikə çatıb-çatmadığı barədə sual verilir: “Biz pikdən sonra enmə görüncə, pikin olduğunu deyə bilərik. Yeni dalğadan qorxmaq lazım deyil. Kiçik dalğaların gəlməsi böyük dalğalarla mübarizə aparmaqdan daha asandır. Bütün ölkələr, o cümlədən də Azərbaycan buna çalışır. Azərbaycanda da müxtəlif tədbirlər, o cümlədən həftə sonu insanların çölə çıxmasının məhdudlaşdırılması gündəmə gələ bilər”.

ÜST Azərbaycan Nümayəndəliyinin rəhbəri qeyd edib ki, hər ölkədə hökumətlər sağlamlıqla iqtisadi həyat arasında tarazlıq yaratmağa çalışır./apa/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93