Yeni icra başçısının şirkəti üzə çıxdı (SƏNƏD)

22 May, 2020, 20:36
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Seymur Orucovun şirkəti üzə çıxıb.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənli bildirib ki, S.Orucov 2006-cı ildə qeydiyyatdan keçmiş”Mİ QROUP” və bu il yanvarın 8-də təsis edilmiş “MI GROUP CLASSICO” məhdud məsuliyyətli cəmiyyətlərinin təsisçisidir: Hər iki şirkətin qanuni təmsilçisi HÜSEYNOV MEHMAN ƏLİ oğludur. “Mi Qroup” mühasibat və vergi xidmətləri sahəsində fəaliyyət göstərir”.
Qeyd: S.Orucov Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş millət vəkili Şəmsəddin Hacıyevin kürəkəni, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin isə bacısının oğludur. S.Möhbalıyev də Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun qohumudur. \\Pravda.az

 

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93