“Yeni dünya nizamında Azərbaycan üçün şans yarana bilər” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

31 Mart, 2020, 8:18
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

"Əgər Rusiyanın Ermənistanda dayaqları sarsılsa Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün tarixi məqam yetişəcək"

"Koronavirus pandemiyası ilə paralel neftin qiymətinin kəskin ucuzlaşması beynəlxalq nizamda ciddi siyasi və iqtisadi dəyişikliyə gətirib çıxarması istisna deyil. Bu dərin böhrandan sonra əvvəlki kimi nizamın davam etməsi mümkün deyil". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq hesab edir ki, bu, bütün parametrlərdə özünü göstərəcək: "Xüsusilə dünya nizamının formalaşması, şəkillənməsində Çin və Rusiya düşünür ki, önə keçə bilər. Amma neftin qiymətinin kəskin ucuzlaşması və ABŞ-ın artıq Çinə qarşı təzminat davasının açması hər iki iddialı dövlətin heç də prosesləri ələ almasına gətirib çıxarmaya bilər. Çin Afrika, Yaxın və Orta Şərqdə güclənmək, Cənubi-Şərqi Asiyanı öz periferiyası etməklə yeni qütb formalaşdırmağa çalışır. Rusiya da MDB məkanı və Şərqi Avropanı nəzarətə almaqla Çinlə birlikə Yaxın və Orta Şərqdə birgə əməkdaşlıq etməklə Qərbi bu arealdan çıxarmağı qarşısına məqsəd qoyub. Amma bu epidemiya və iqtisadi böhran vəziyyəti kəskin dəyişir. Bu pandemiya Avropa və ABŞ arasında siyasi fikir ayrılıqlarına son qoysa da, tərəflərin əvvəlki kimi iş birliyi olmayacaq. Rusiyanın növbəti mərhələdə gülənməsi çətin bir prosesdir".

Məhəmməd Əsədullazadənin fikrincə, neft və qaz qiymətlərinin ucuzlaşması hazırkı məqamda Moskvanın Cənubi Qafqaz siyasətində müəyyən zəifləməyə gətirə bilər: "Xüsuslə Ermənistana maliyyə yardımı və işğalçı ölkəyə tam dəstəyi ciddi zəifləyəcək. Qeyd edim ki, Ermənistana Rusiyanın hərbi və maliyyə dəstəyi zəifləməsi növbəti mərhələdə bu ölkədən çıxmasına gətirə bilər. Məhz Ermənistanın indiki hakimiyyəti Rusiyanın ölkəsindən çıxması üçün zəruri zaman gözləyir. Əgər Ermənistanda koronavirus epidemiyası kəskin şəkildə ölkəni defolta gətirib, Rusiya yardım etməsə Paşinyan açıq şəkildə Moskvanın üzərinə gedəcək və xalqa bu çətin məqamda Rusiyanın kömək etmədiyini deyəcək. Və Rusiyanın 102-ci hərbi bazası üçün təhlükənin olması artıq qapıda olacaq. Artıq Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinə epidemayaya qarşı maliyyə yardımı edib. Bu yardımlar hər üç Cənubi Qafqaz ölkəsinə şamil olunur. Göründüyü kimi, bu çətin məqamda Qərb öz tərəfdaşlarına yardım əlini uzatdı. Bu, yeni mərhələdə Rusiyanın regionda xüsusilə, Ermənistanda dayaqlarının zəifləməsinə gətirəcək. Əgər Rusiyanın Ermənistanda dayaqları sarsılsa Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün tarixi məqam yetişəcək. Yeni siyasi nizamda Türkiyə regionumuzda aktiv olacaq və Azərbaycanı hərbi cəhətdən təchiz edəcək. Odur ki, koronavirus keçib gedəcək və biz erməni virusunu təmizləməliyik".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93